ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramı ilə bağlı SUAL / CAVAB

1. ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramına müraciət etmək üçün hansı bakalavr ixtisasını bitirmiş olmalıyam?

– İlkin mərhələdə proqrama bakalavriat səviyyəsinin “Təhsil ixtisasları” və “İqtisadiyyat və idarəetmə ixtisasları” qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər müraciət edə bilərlər.

2. Proqrama müraciət üçün son tarix nə vaxtdır?

– Proqrama müraciət üçün son tarix 20 may 2020 olaraq müəyyənləşib.

3. ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramına qəbul olmaq üçün DİM-in təşkil etdiyi imtahandan minimum neçə bal toplamalıyam?

– Dövlət İmtahan Mərkəzi (DİM) imtahanlarında nəticə 100 ballıq sistem üzrə təhsil ixtisası üzrə 40, idarəetmə ixtisasları üzrə 45 baldan aşağı olmamalıdır. Sözügedən keçid balları hər tədris ili üçün DİM tərəfindən müəyyən edilir.

4. Proqram çərçivəsində ilkin qəbul sayı müəyyən olunubmu?

– Bəli, birinci il üçün kvota 25 nəfərdir.

5. İkili diplom proqramında təhsil aldığım müddətdə təhsilimin hansı hissəsini Corc Vaşinqton Universitetində keçirəcəyəm?

 – Tədris tam olaraq Azərbaycanda keçiriləcəkdir.

6. DİM imtahanından topladığım bal aşağı olduqda ikili diplom üzrə təhsil haqqı ödəməliyəmmi?

 – Xeyr, ikili diplom proqramı üzrə seçildiyiz təqdirdə təhsil haqqınız tam şəkildə Dövlət Proqramı tərəfindən qarşılanır.

7. ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramına müraciət üçün İngilis dili ilə bağlı IELTS-dən başqa hər hansı sertifikat qəbul olunurmu?

 – Proqrama müraciət üçün həm IELTS, həm də TOEFL sertifikatı qəbul olunur. Hər bənd 6.0 baldan aşağı olmamaq şərti ilə minimal tələbat IELTS 6.5 baldır. TOEFL üçün tələb isə hər bir bənd 20 baldan aşağı olmamaq şərtilə 80 baldır.

8. IELTS sertifikatını son müraciət tarixindən sonra təqdim edə bilərəmmi?

– Əgər test nəticələriniz ərizəni təqdim edən zaman son müraciət tarixindən qabaq hazır deyilsə sonradan əlavə olaraq da göndərilə bilər. Lakin qeyd olunmalıdır ki, test nəticələri daxil olmayana qədər universitet ərizənizi tamamlanmış saymayacaq.

9. Mən bakalavr təhsilimi ingiliscə almışam. Proqrama müraciət üçün IELTS sertifikatı təqdim etmək mənim üçün vacibdirmi?

 – Bakalavr təhsilinizi ABŞ, Böyük Britaniya, Yeni Zelandiya, Kanada və ya Avstraliya universitetlərindən birində aldığınız təqdirdə IELTS sertifikatı tələb olunmur. Qalan hallarda IELTS sertifikatı təqdim edilməlidir.

10. Proqrama müraciət üçün tövsiyə məktublarını haradan ala bilərəm?

– Tövsiyə məktubları sizin proqram üçün namizəd olduğunuzu təklif edə biləcək professormüəllim, çalışdığınız təqdirdə həmin müəssisə üzrə sizinlə birbaşa işləyən rəhbər şəxslər tərəfindən ünvanlana bilər.

11. Tövsiyə məktublarını mən özüm göndərməliyəm, yoxsa məktubu yazan şəxslər?

– Tövsiyə məktubları skan olunmuş versiyada sizin tərəfinizdən digər sənədlərlə və ərizə forması ilə birlikdə son müraciət tarixinə qədər elektron poçt vasitəsilə göndərilməlidir.

12. Dövlət hesabına bir dəfə magsitratura səviyyəsi üzrə təhsil almış şəxslər ikili diplom proqramında iştirak edə bilərlər?

– Təhsil haqqında Qanunun 5.4-cü yarımbəndinə uyğun olaraq, “Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir”. Bu səbəbdən də eyni təhsil səviyyəsi üzrə dövlət hesabına təkrar təhsili mümkün hesab edilmir. Hazırda dövlət hesabına artıq azı bir dəfə magistr təhsili almış namizədlər proqrama ümumiyyətlə müraciət edə bilməzlər.

13. ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramına müraciət üçün tələb olunan sənədlər hara və necə təqdim olunmalıdır?

 – Sənədlər ingilis dilində və ya notarial qaydada tərcümə/təsdiq edilmiş formada aspu_gwu@adm.dp.edu.az elektron ünvanına skan olunmuş şəkildə göndərilməlidir. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən namizədlər sənədləri əyani formada ADPU-ya təqdim etməlidirlər.

14. Proqrama qəbul olunmuş şəxslər, magistrlar üçün dövlət tərəfindən verilən təqaüdü alacaqlarmı?

 – Bəli.

Amerika və Avropanın ən qabaqcıl universitetlərinə qəbul üçün bizə yazın. CELT – Xaricdə təhsil arzunuzu çin edir.

15. ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramınının dərsləri hansı saatlarda təşkil olunacaq?

– Dərslərin 18:00-dan sonra təşkil olunması planlaşdırılır. Corc Vaşinqton Universitetinin professorları ADPU-ya dəvət olunduqda mühazirələri müəyyən müddət ərzində (ardıcıl təxminən 10 gün) səhər saatlarında keçiriləcək.

16. ADPU-nun ikili diplom proqramı üzrə müsahibə mərhələsinə keçsəm, məni kim müsahibə edəcək?

 – Müsahibə Corc Vaşinqton Universitetinin proqram heyəti və professorları tərəfindən həyata keçiriləcəkdir.

17. Müsahibə mərhələsi nə zaman olacaq və necə təşkil olunacaq?

– Müsahibə Azərbaycanda canlı və ya video konfrans (skayp, zoom və s.) vasitəsi ilə təşkil olunacaq. Bununla bağlı namizədlərə elektron poçt vasitəsi ilə bildiriş göndəriləcək.

18. Karantin rejimi ilə əlaqədar bəzi sənədləri ali təhsil müəssisəsindən əldə edə bilməkdə çətinlik çəkirəm, bu halda müraciət edə bilərəm?

– Karantin rejimi başa çatdıqdan sonra tələb olunan sənədləri müvafiq qaydada təqdim etmək şərti ilə proqramda iştirak üçün müraciət edə bilərsiniz.

Bu pqroqram üzrə ətraflı məlumatı bu bloqdan əldə edə bilərsiniz.

ADPU ilə birgə Corc Vaşinqton universitetində TƏHSİL İMKANI…

4 thoughts on “ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramı ilə bağlı SUAL / CAVAB”

  1. Salam.Bu il magistri ADPU da tehsilin tewkili ve idare edilmesi ixtisasi üzre qebul olsam , 1 ci kursu oxuduqdan sonra gelen il ikili diplom uçun muraciet ede bilerem?

  2. Salam, 2021 sənəd qəbulunda İELTS üçün deadline nə vaxtdır?
    2021 sənəd qəbulu nə zaman başlayır, nə zaman bitir?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next