ADPU ilə birgə Corc Vaşinqton universitetində TƏHSİL İMKANI…

2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  magistratura ixtisası üzrə ikili diplom proqramına müraciətlərin qəbulu elan olunub.

Proqram Azərbaycan Dövlət Pedoqoji Universiteti və Amerikanın Corc Vaşinqton universiteti ilə birgə həyata keçirilir.

Proqramın əsas məqsədi qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir.

Proqrama üzrə təhsil almış tələbələr aşağıdakı ixtisaslar üzrə təhsil alıb diplomlar əldə edəcəklər.

  1. Corc Vaşinqton Universiteti: Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik
  2. Azərbaycan Dövlət Pedoqoji Universiteti : Menecment (təhsilin təşkili və idarəolunması)

Proqram çərçivəsində təhsil alan tələbələr nə əldə edəcəkdir?

  • Təhsil sahəsində siyasi təhlil və inkişaf proqramlarını hazırlamaq;
  • Mövcud layihələri tədqiqat alətləri ilə qiymətləndirmək;
  • Beynəlxalq təcrübəni öyrənmək.

Proqram üzrə kvota: 25 nəfər

Tədris dili: İngilis dili

Müddət: 2 il

Proqam liderlik və menecment, tədqiqat, beynəlxalq təhsil, siyasi təhlil və inkişaf proqramları sahələri üzrə aparılır.

Aşağıdakı maliyyə xərcləri qarşılanır:

* təhsil haqqı;

* qeydiyyat xərci;

* tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri.

Qəbul qaydaları

  • Tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (magistratura) nəticələri əsasında tərəflər aparırlar;
  • Müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil ixtisasları” və “İqtisadiyyat və idarəetmə ixtisasları” qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.

Son müraciət tarixi: 25 May 2020 – ci il.

Müraciət proseduru və tələb olunan sənədlər:

  • 2020/21-ci tədris ili üçün DİM tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən imtahanının nəticəsində həmin qurum tərəfindən müəyyən edilmiş keçid balını toplamaq;
  • Aşağıda göstərilən sənədləri müvafiq qaydada aidiyyəti üzrə təqdim etmək;

          – CV

– Şəxsiyyət vəsiqəsinin surəti;

          – Motivasiya məktubu:

250-500 sözlük məktubda Corc Vaşinqton Universiteti ilə birgə təşkil edilən bu beynəlxalq ikili diplom proqramında magistr təhsili almaqda məqsədiniz, akademik hədəfləriniz, tədqiqat maraqlarınız və karyera planlarınız təsvir edilməlidir. Bununla yanaşı, müraciət formasında qeyd etmədiyiniz bakalavriat təhsili dövründə peşəkar və sosial fəailiyyətləriniz və bu kimi digər əhəmiyyətli naliyyətlərinizi göstərilməlidir.

– IELTS 6.5 (hər bənd 6.0 və ya daha çox) və ya onun TOEFL ekvivalenti;

Bakalavriat diplomunun və ona əlavənin ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti (hazırda sonuncu ildə təhsilalanlar təhsil müəssisəsi tərəfindən verilmiş müvafiq arayış və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilər );

– 2 tövsiyə məktubu;

Müraciət forması.

CELT ilə IELTS, TOEFL, SAT imatahanlarına hazırlaş və beynəlxalq imtahanlarda ƏN YÜKSƏK nəticələr əldə edin. Ətraflı məlumat üçün bizə yazın.

Qeyd 1: Müvafiq meyarlar üzrə sənədlərini təqdim etmiş şəxslər sırasından akademik göstəricilər (magistratura DİM balı, IELTS/TOEFL balı və bakalavriat səviyyəsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi) üzrə ilk 75 nəfərin namizədliyi növbəti mərhələ üçün təqdim ediləcəkdir;

Qeyd 2: Proqrama qeydiyyat zamanı namizədin iş nömrəsi (magistratura imtahanı) və şəxsi kabinetin istifadəçi adını (FİN) təqdim etməli olacaqdır.

Sənədlərin təqdim edilməsi qaydası:

Proqramda iştirakla bağlı müvafiq müraciət tələb olunan sənədlərlə birgə elektron poçtla aspu_gwu@adm.dp.edu.az ünvanına göndərilməlidir. “2019-2023 Dövlət Proqramı” ilə bağlı suallar olduğu təqdirdə, isə dpinfo@edu.gov.az ünvanına göndərilməlidir.

ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramı ilə bağlı tez-tez verilən sual və cavabları bu bloqdan əldə edə bilərsiniz.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next