Ümumi məlumat

CELT Tədris və İnkişaf Mərkəzinin başlıca məqsədi, tələbələrə yüksək keyfiyyətli beynəlxalq təhsil təqdim edərək onların akademik və peşəkar inkişafına dəstək olmaqdır. Biz hər bir tələbəyə fərdi yanaşma tətbiq edir, onların potensialını maksimuma çatdırmaq və beynəlxalq arenada rəqabətədavamlı, uğurlu fərdlər yetişdirmək üçün çalışırıq.

25+İllik təcrübə
17Filial şəbəkəsi
Single Header Image

Təhsilin keyfiyyətini artıran əsas amillərdən biri fərdi yanaşmadır. CELT-də hər bir tələbəyə xüsusi diqqət yetirilir, tədris qrupları maksimum 3 nəfərlə məhdudlaşdırılır. Bu, dərslərin daha səmərəli və məhsuldar keçməsinə imkan yaradır. Dərs saatlarının çox olması və dərslərin hər gün keçirilməsi tələbələrin biliklərinin daha dərin və dayanıqlı olmasını təmin edir.

About Card ImageAbout Card Image

Valideynlər üçün dərsləri canlı izləmə və davamiyyət barədə məlumatlandırma sistemi mövcuddur ki, bu da təhsil prosesinin şəffaflığını artırır və tələbələrin nailiyyətlərini izləməyə şərait yaradır.

CELT təhsil müəssisələrində müntəzəm testlər keçirilir və inkişafın analizi aparılır. Bu, tələbələrin tərəqqisini izləməyə və zəif tərəflərini gücləndirməyə imkan verir.

About Card Image

Eyni zamanda, CELT-in tədris yanaşması kouçinq və mentorluq prinsiplərinə əsaslanır. Bu metod tələbələrin yalnız akademik deyil, həm də psixoloji və şəxsi inkişafına dəstək verir. Speaking və listening bacarıqlarının inkişafı üçün xüsusi proqramlar tətbiq edilir ki, bu da xarici dil biliklərinin real həyat şəraitində praktik istifadəsinə kömək edir.

About Card Image

CELT – yalnız təhsil deyil, gələcək uğurlarınızın başlanğıcıdır!

Övladlarınıza beynəlxalq səviyyədə təhsil və parlaq karyera imkanları qazandırın! 🚀