Bu il orta məktəbi bitirən şagirdləri bu sual çox narahat edir. Bir çox abituryent qeydiyyatdan keçərkən buraxılış yoxsa qəbul imtahanı üçün qeydiyyatdan keçməli olduqlarını bilmirlər? Bu sualla bağlı DİM-ə müraciət etdik. SUAL və CAVABI Sizlərə təqdim edirik.
SUAL: Abituriyentlər şəxsi kabinetdə buraxılış yoxsa qəbul imtahanı üçün qeydiyyatdan keçməlidir?
CAVAB: Buraxılış imtahanı üçün qeydiyyat aparılmır. Abituriyent qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidir.