Qəbul imtahanlarında şagirdləri maraqlandıran məqamlardan biri də cari tədris ilində iki müxtəlif qəbul qrupu üzrə müsabiqədə iştirak etməklə bağlıdır.
DİM-ə istinadən bildrimək istərdik ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.
V qrup üzrə ikinci mərhələ keçirilmədiyinə, məzunlar buraxılış imtahanının nəticəsi ilə müsabiqədə iştirak etdiyinə görə eyni vaxtda I-IV qruplar üzrə imtahan verməkdə çətinlik yaşamırlar. 2021-ci qəbul ili üçün də V qrupla bağlı dəyişiklik olmayacaq.
V ixtisas qrupu üzrə müsabiqə qəbul imtahanının birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Orta məktəbi cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər və müsabiqədə cari ilin buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər. V ixtisas qrupu üzrə keçid balı 60 müəyyənləşdirilib.