İtaliyada təhsil

Qəbul olmaq çətin deyil. Xarici tələbələr üçün yerlərin sayı məhdud olsa da, İtaliya universitetlərinə qəbul olmaq nisbətən asandır və qəbul qaydaları və tələbləri olduqca sadədir. Çox sahələrdə giriş imtahanları (tibb, hüquq, arxitektura kimi proqramlar istisna olmaqla) yoxdur, hətta bir çox universitetdə İngilis dili və ya İtalyan dili bilik sertifikatı göstərmək tələb olunmur. Ərizəçi sadəcə attestat+1 il universitet təhsili (bakalavr üçün) və ya diplom və son kursda oxuduğu haqqında arayışla müraciət edə bilər. Dil səviyyəsini sertifikat olmadan skype interview vasitəsi ilə sübut etmək mümkündür.

Aşağı təhsil haqqı və dövlət təqaüdləri: Xarici tələbələrdən maliyyələşdirmə ehtiyacı olanlara dövlətin sosial təqaüd imkanları mövcuddur. Buna görə, bir tələbə ildə ən azı 5,000 EUR ətrafinda təqaüd ala bilər ki, üstəlik təhsil haqqıdan da azad olunur. (Təhsil haqqılar normalda 2000-4000 EUR ətrafında olur).

Seçim azadlığı: Azərbaycanlı tələbələri təəccübləndirə bilər, lakin İtaliyanın bir çox ali məktəbində keçiriləcək dərs və müəllimi tələbə özü seçir (ixtisası üçün lazımı dərslər çərçivəsində əlbəttə)

Dizayn və memarlıq: İtaliyada təhsil almağa dəyər dediyimiz ən yaxşı ixtisaslardan əlbəttə dizayn, memarlıq, şəhər planlamasıdır və inşaat mühəndislikləridir. Bu proqramlar Bologna Univeristeti və ya Milan Politexnik Universiteti kimi tarixi və məhşur universitetlərdə və Turin Politexnik kimi digər texniki universitetlərdə ingiliscə tədris olunur.

Yuxarıda da qeyd olunduğu kimi, İtaliyada bir çox universitetdə ingiliscə təhsil var. İtaliya təhsil almaq üçün xaricilərin üstünlük verdiyi ən populyar ölkələrdən biri olduğundan, demək olar ki ingilis dilində istənilən prqram var, və artıq universitetlərdə proqramların 40 faizindən çoxu bu dildə tədris olunur.

İtaliyada təhsil alarkən, xarici tələbələr həftədə 20 saata qədər işləyə bilərlər.

Xarici şagird stajer kimi işləmək imkanı da əldə edir və ayda 300EUR-dan 1000EUR-a qədər qazana bilər. Stajın uğurla başa çatması ilə uzunmüddətli iş müqaviləsi imzalamaq imkanı da olur.

İtaliyada ingiliscə tibb də mövcuddur. Tor Vergata, Napoli Federico, Pavia və Napoli Seconda kimi dövlət universitetlərində Müalicə işi və Cərrahiyyə kimi ingilis dilində 6 illik proqramlar mövcuddur.

Bakalavr təhsili 3 il, magistratura təhsili 2 ildir.

Məhşur universitetlərdən:

Universitet: Bocconi University

Şəhər: Milan

QS World Subject ranking: #10

İxtisaslar: International Management, Business, Economics, Management, Finance, Marketing

Təhsil haqqı: 12,186 €( Təqaüd mümkündür)

Tələblər: IELTS (B2)/SAT/Entrance Exam

Universitet: Politecnico di Milano University

Şəhər: Milan

QS World Subject ranking: #156

İxtisaslar: Memarlıq, Dizayn və hər cür Mühəndislik sahələri

Təhsil haqqı: 3898,20 € (Təqaüd mümkündür, tamamilə ödənişsiz oxumaq)

Tələblər: Skype interview / Yerli sertifikat / IELTS

Universitet: Bologna University

Şəhər: Bologna

QS World Subject ranking: #180

İxtisaslar: Management, Finance, Engineering, International Relations

Təhsil haqqı: 3-4.000 € ( Təqaüd mümkündür, tamamilə ödənişsiz oxumaq)

Tələblər: Skype interview / Yerli sertifikat / IELTS

Universitet: Sapienza University of Rome

Şəhər: Roma

QS World Subject ranking: #217

İxtisaslar: Management, Finance, Economics, European Studies, Fashion, Mühəndisliklər

Təhsil haqqı: 1.000-3.000 € (Təqaüd mümkündür, tamamilə ödənişsiz oxumaq)

Tələblər: Skype interview / Yerli sertifikat / IELTS

Laçın Hüseynov
CELT Colleges Elmlər
(IELTS / TOEFL / SAT preparation center) 
Mob: (+994) 51 328 48 28
Office: (+994) 12 538 38 33

63 thoughts on “İtaliyada təhsil”

  1. Kimya mühəndisliyi üzrə təhsil hansı ölkə üçün keçərli olar? ingiliscə tədrisfi Ortalama nə qədər olmalıdır?

    1. Hər ölkədə keçərlidir. Sualınız tam aydın deyil. Bakıda kimya mühəndisliyi bitirmisiniz yoxsa xaricdə kimya mühəndisliyi oxumaq istəyirsiniz?

      1. Magistr təhsili və ya 2-3 kursdan qəbul hansı ölkədə daha yaxşı keyfiyyətli təhsil verə bilər?(Ortalama 81.5)

      1. Salam. Men 1il bakalavr tehsili B1 ielts neticesi teqdim ederek Politecnico di Milano da öz fakultem üzre ödenişsiz teqaüdle tehsil ala bilerem?

      2. Salam. Mİlanoda hansı təhsili almaq istəyirsiniz. B1 IELTS deyəndə hansı skoru nəzərdə tutursunuz? Milanoda hər ixtisas bakalavr ingiliscə yoxdur.

      3. Salam Mən Təsviri Incəsənət Müəllimliyini oxuyuram.Magistraturani Dizayn uzre oxumaq isdeyirem.Italiyada təhsil ala bilərəmmi bu uzrə?Tehsil muddeti neçə ildir?Dovlət hesabina oxumaq mumkundurmu?(bunun ucun nələr lazimdir?hansi sənətlər?)Təhsil hansi dildə aparilir?

      4. Dövlət hesabı bağlıdır. İtaliyanın öz təqaüd sistemi var.tədris ingilis dilindədir. Master iki ildir. Dizaynın vətəni italiyadır.

      1. Universitetlərin qəbul şərtləri hər il dəyişdiyi üçün bunu dərin araşdırma etmədən demək çətindir. Maraqlandığınız universitetlərin saytlarına baxaraq məlumat əldə edə bilərsiniz.

  2. Mən burada 1 il bakalavr təhsili aldıqdan sonra İtaliyada inglis dilində hüquq təhsili ala bilərəm? Və hüquq təhsili neçə ildir?

  3. Mən dizayn ixtisasının 1-ci kurs tələbəsiyəm…1-ci kursu bitirdikdən sonra İtaliyada Hüquq üzrə bakalavr təhsili ala bilərəm?attestat ortalamam 4.2-dir.Gpa yüksək gözləyirəm.

  4. Salam mən ingilis dili müəllimliyi oxuyuram 4cü kursda ielts imtahanına hazırlaşıb magistrı xaricdə tərcümə üzrə oxumaq istəyirəm təqaüdlə bu mümkündürmü? Hansı ölkələrdə ola bilər? İtalyada mümkündür?

  5. Salam. Men 4 il Türkiye’de iqtisadiyyat oxudum. Bu ilde Türkiye’de iqtisadiyyatdan magistrı bitirecem. Doktorantura veya memarlığı İtalyada nece oxuya bilerem? Yada 2sinide eyni anda oxumaq olar İtaliyada? Burda demisiz ilk ili Azərbaycan da oxumaq lazımdır bes men 2ci uni oxumuş olacam axı menede olmaz memarlıqı orda başlasam atestatla?

    1. Salam. O bakalavr üçün keçərlidir. PhD üçün sizə IELTS lazımdır və proposal. İtaliyada birini ancaq oxuya bilərsiniz))) PhD elə asan deyil.

  6. Salam, mən bu il məzun oldum, 1 il ielts üçün çalışıb İtalyada fashion design oxuya bilərəm? Və təqaüd ala bilərəm?bakalavr üzrə

    1. Salam. Bəli. Ama təqaüd üçün dövlət uniyə getmək lazımdır və o bizim attestatla qəbul etmir. gərək bir il foundaiton oxuyasınız.

  7. Salam. Mən Azərbaycanda 1 il bakalavr təhsili aldıqdan sonra İtaliyada pulsuz şəkildə necə oxuya bilərəm? Celt mənə necə kömək edəcək? Sizin kursa nə qədər zaman gəlsəm daha xeyirli olar?

    1. Salam. Pulsuz yəni təqaüd yalnız ora getdikdən sonra mümkün ola bilər. Yalanlara aldanmayın. Ama burda bicinci kursu bitirdikdən sonra (GPA yaxşı olmalı) ixtisasınıza yaxın ixtisasla gedə bilərsiniz. IELTS olmalı.

  8. Salam. İtaliyada magistr təhsili üçün Klinik Psixologiya hansı universitetlərdə vardır. (Təqaüd almaq şansım olan)

      1. Salam mən 1ci qurup kamputer mühəndisliyi nə verirəm(proqlaşdırma İtaliyada bu barədə bir üniversitet var? Əgər varsa çox xaiş edirəm cavab yazın. (yəni ki üniversitetin adını)

      2. Salam. Atetstatla italiya mümkün deyil. Türkiyə ola bilər. Ya da bir il Bakıda oxuyub sonra italiyaya gedə bilərsiniz.

  9. Salam İtaliyada kosmik texnika mühəndisliyinə uyğun hansı ixtisasda magistr təhsili ala bilərəm? Və hansı universitetdə?

      1. Salam.Ilk Konservatoriya təbii ki, Italiyada yaranıb, təqaüd imkanları və qabiliyyət imtahanları haqda nə deyə bilərsiniz?!

      2. Salam. Təqaüd üçün çox bacarıqlı olmaq lazıdmır. Yəni o qədər o sahədə yetenekli olmaq lazımdır ki onlar sizi qəbul etmək üçün can atsınlar. Və sizə bunun üçün təqaüd versinlər. Ama bu kimi sahələr italyancadır. Yəni ilk İtalyancanı bilməklə başlamaq lazımdır.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next