Qəbul olmaq çətin deyil. Xarici tələbələr üçün yerlərin sayı məhdud olsa da, İtaliya universitetlərinə qəbul olmaq nisbətən asandır və qəbul qaydaları və tələbləri olduqca sadədir. Çox sahələrdə giriş imtahanları (tibb, hüquq, arxitektura kimi proqramlar istisna olmaqla) yoxdur, hətta bir çox universitetdə İngilis dili və ya İtalyan dili bilik sertifikatı göstərmək tələb olunmur. Ərizəçi sadəcə attestat+1 il universitet təhsili (bakalavr üçün) və ya diplom və son kursda oxuduğu haqqında arayışla müraciət edə bilər. Dil səviyyəsini sertifikat olmadan skype interview vasitəsi ilə sübut etmək mümkündür.
Aşağı təhsil haqqı və dövlət təqaüdləri: Xarici tələbələrdən maliyyələşdirmə ehtiyacı olanlara dövlətin sosial təqaüd imkanları mövcuddur. Buna görə, bir tələbə ildə ən azı 5,000 EUR ətrafinda təqaüd ala bilər ki, üstəlik təhsil haqqıdan da azad olunur. (Təhsil haqqılar normalda 2000-4000 EUR ətrafında olur).
Seçim azadlığı: Azərbaycanlı tələbələri təəccübləndirə bilər, lakin İtaliyanın bir çox ali məktəbində keçiriləcək dərs və müəllimi tələbə özü seçir (ixtisası üçün lazımı dərslər çərçivəsində əlbəttə)
Dizayn və memarlıq: İtaliyada təhsil almağa dəyər dediyimiz ən yaxşı ixtisaslardan əlbəttə dizayn, memarlıq, şəhər planlamasıdır və inşaat mühəndislikləridir. Bu proqramlar Bologna Univeristeti və ya Milan Politexnik Universiteti kimi tarixi və məhşur universitetlərdə və Turin Politexnik kimi digər texniki universitetlərdə ingiliscə tədris olunur.
Yuxarıda da qeyd olunduğu kimi, İtaliyada bir çox universitetdə ingiliscə təhsil var. İtaliya təhsil almaq üçün xaricilərin üstünlük verdiyi ən populyar ölkələrdən biri olduğundan, demək olar ki ingilis dilində istənilən prqram var, və artıq universitetlərdə proqramların 40 faizindən çoxu bu dildə tədris olunur.
İtaliyada təhsil alarkən, xarici tələbələr həftədə 20 saata qədər işləyə bilərlər.
Xarici şagird stajer kimi işləmək imkanı da əldə edir və ayda 300EUR-dan 1000EUR-a qədər qazana bilər. Stajın uğurla başa çatması ilə uzunmüddətli iş müqaviləsi imzalamaq imkanı da olur.
İtaliyada ingiliscə tibb də mövcuddur. Tor Vergata, Napoli Federico, Pavia və Napoli Seconda kimi dövlət universitetlərində Müalicə işi və Cərrahiyyə kimi ingilis dilində 6 illik proqramlar mövcuddur.
Bakalavr təhsili 3 il, magistratura təhsili 2 ildir.
Məhşur universitetlərdən:
Universitet: Bocconi University
Şəhər: Milan
QS World Subject ranking: #10
İxtisaslar: International Management, Business, Economics, Management, Finance, Marketing
Təhsil haqqı: 12,186 €( Təqaüd mümkündür)
Tələblər: IELTS (B2)/SAT/Entrance Exam
Universitet: Politecnico di Milano University
Şəhər: Milan
QS World Subject ranking: #156
İxtisaslar: Memarlıq, Dizayn və hər cür Mühəndislik sahələri
Təhsil haqqı: 3898,20 € (Təqaüd mümkündür, tamamilə ödənişsiz oxumaq)
Tələblər: Skype interview / Yerli sertifikat / IELTS
Universitet: Bologna University
Şəhər: Bologna
QS World Subject ranking: #180
İxtisaslar: Management, Finance, Engineering, International Relations
Təhsil haqqı: 3-4.000 € ( Təqaüd mümkündür, tamamilə ödənişsiz oxumaq)
Tələblər: Skype interview / Yerli sertifikat / IELTS
Universitet: Sapienza University of Rome
Şəhər: Roma
QS World Subject ranking: #217
İxtisaslar: Management, Finance, Economics, European Studies, Fashion, Mühəndisliklər
Təhsil haqqı: 1.000-3.000 € (Təqaüd mümkündür, tamamilə ödənişsiz oxumaq)
Tələblər: Skype interview / Yerli sertifikat / IELTS
Laçın Hüseynov
CELT Colleges Elmlər
(IELTS / TOEFL / SAT preparation center)
Mob: (+994) 51 328 48 28
Office: (+994) 12 538 38 33
Sapienza Universitetinə magistr təhsili üçün qəbul olmağa nə tələblər lazımdır? Skype interview vi yerli sertifikat nədir?
Bakalavr təhsilini kimya biologiya müəllimliyi üzrə oxuyub İtaliyada tibb üzrə magistr təhsili necə almaq olar.Şərtlər nədir.
Men italiyada aktyorlug uchun universitet oxumag isteyirem. Bunun en asan yollari necedir? Ve ne etmeliyem tegaudle mumkundu?
Salam ielts sertifikatı olmadığı halda skype interview ilə ingilis dilini sübut etsəm hansı universitetlərə gəbul şansım olar?
Salam, mən hüqüq üzrə italiyada universitet oxumaw istəyirəm?çoxmu çətindir? yəni burda qəbul imtahanını verdikdən sonra nə etməliyəm? çox xaiş edirəm cavablandıra bilərsiniz mi?
İtaliya Azərbaycan attestatı ilə qəbul etmir. Ya hazırlıq keçməlisiniz ya da CELT High School.
Bakalavr təhsilini kimya biologiya müəllimliyi üzrə oxuyub İtaliyada tibb üzrə magistr təhsili necə almaq olar.Şərtlər nədir.
Salam. Mən piano ixtisası üzrə İtaliyada təhsil almaq istəyirəm. Universitet olaraq Milano Konservatoriyası çox yaxşıdır. Ora pulsuza qəbul olmaq üçün nə etmək lazımdır?
Mende ele musiqi, vokal üzre tehsil almaq isterdim.
Salam mən BDU -biologiyanı bitirecem 4 cü kursam italyaya hazırlaşmağ istəyirəm.Biologiya üzrə hansı universitetlər və fakültələr var bilmək istəyirəm
Salam. İtaliyada tibb təhsili almaq üçün şərtlər nələrdir ?
Bakalavr səviyyəsində təhsil necə olur?
Kimya və biologiya müəllimliyindən İtaliyada həkim kimi təhsil almaq mümkündü yoxsa sıfırdan alınmalıdı ?
Salam. İtaliya tibb üçün CELT High School bitirmək lazımdır. Və BMAT imtahanı lazım olur. İtlaiya Attetsatı tanımır.
Bank hesabında 7000 avro olmağı vacibdir
Salam. Bəli. Yapıkredi-də qoyursunuz və hesab bloklanır
Salam. Italiyada təhsil almaq üçün orda foundation proqramı keçmək olur yoxsa ancaq burda 1 il oxumaq lazımdır bakalavrı? Bir də foundation proqramı zamanı təqaüd mümkündür mü?
Salam. Keçmək olur ama foundation ödənişlidir. Təqaüd olmur ora
Tədris əger ingilis dilinde oxunulubsa ieltsə yene ehtiyac var İtalyada yoxsa xeyr
Normalda xeyir ama unilər istəyə bilər.