Subbakalavrlar təhsil aldıqları ixtisasa uyğun olan ixtisas üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq şansına mailkdirlər.
Bəs subbakalavrlar ümumi qaydada qəbul imtahanında iştirak edib həm subbakalavr, həm də abituriyent kimi müsabiqədə iştirak edə bilərlərmi?
Bununla bağlı Dövlət İmtahan Mərkəzinin məlumatını təqdim edirik
“Bəli, iştirak edə bilərlər. Belə olan halda, həmin şəxslərin abituriyent və subbakalavr kimi seçdiyi ixtisas eyni ixtisas qrupuna aiddirsə, o zaman müsabiqədə qəbul imtahanından topladığı balla iştirak edirlər. İxtisaslar fərqli qruplara aiddirsə, subbakalavr kimi seçdiyi ixtisasların müsabiqəsində müvafiq ixtisas qrupu (ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər bal əsasında, abituriyent kimi seçdiyi ixtisasların müsabiqəsində isə qəbul imtahanından topladığı bal əsasında iştirak edirlər”.
Qeyd edək ki, yaxın günlərdə subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başlayacaq.