Məlumat üçün bildirək ki, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında distant təhsilin ali təhsil formalarından biri kimi qəbul edilməsi təklif edilib.
Bu məsələ öz növbəsində bir neçə mövzunun həllinə də diqqət çəkir. Bu mövzulardan demək olar ki, ən başlıcası isə xarici universitetlərdə distant təhsil alan şəxslərin diplomlarının ölkəmizdə tanınmamasıdır. Buna baxmayaraq yeni təklif edilən qanun layihəsində bu mövzunun həlli ilə bağlı hər hansı bir addıma rast gəlinmir.
Bəs ölkəmizdə distant təhsil ali təhsil formalarından biri kimi qəbul edilərsə bu məsələ öz həllini tapa bilərmi?
Bu mövzu ilə bağlı yaxın zamanlarda qərarın veriləcəyi gözlənilir.