Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci ildə ali məktəblərə qəbul imtahan qaydaları açıqalanıb. Qəbul imtahanı modelinə əsasən hər fənn üzrə 30 tapşırıq təqdim olunacaqdır. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tipli olacaqdır. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların hər birinin sonunda müvafiq tapşırığı yerinə yetirmək üçün yer ayrılacaqdır.