TOEFL IBT Special Home Edition

Dünyanın ən məşhur ingilis dilini test edən imtahanlarından biri TOEFL imtahanıdır. TOEFL xarici universitetlərə sənəd qəbulu zamanı tələbələrin əhəmiyyətli dərəcədə köməyinə gəlsə də, ingilis dilindəki  akademik biliklərini yoxlamaq istəyən hər kəs bu imtahandan keçə bilər. İmtahan ingilis dilini 4 bacarıq üzrə test edir: yazı, oxu, danışıq və dinləmə.

Yenilikçi yanaşmaları ilə fərqlənən TOEFL imtahanı uzun müddət öncə kandidatları üçün imtahanın IBT -internet based test formasını yaratmışdı. İmtahan verənlərin işini xeyli asanlaşdıran bu formaya əsasən kandidatlar müxtəlif ölkə və şəhərlərdəki müxtəlif imtahan mərkəzlərinə müraciət edərək kağız və canlı insan köməyi olmadan kompüter vasitəsilə özlərini sınaqda keçirirdilər.

Yaranmış son vəziyyətlə əlaqədar TOEFL-dan tələbələrinə daha bir şad xəbər gəldi ki, bu da imtahan mərkəzlərinin bağlı olması səbəbi ilə kandidatların imtahanı öz evlərində verməsidir. Belə ki Xüsusi Ev Buraxılışı sayəsində imtahan verənlər test mərkəzlərinə getmədən öz evlərində TOEFL imtahanından keçə bilirlər.

Ev şəraitində keçirilən TOEFL-da qiymətlər normal imtahan ödənişi ilə eynidir. Bununla yanaşı, evdə imtahan vermək istəyən kandidatlar evlərində imtahan üçün lazımi şəraiti təmin etməlidir. Belə ki imtahan keçirilən otaqda imtahan verəndən başqa heç kim olmamalı, demək olar ki, ideal səssizlik təmin edilməlidir. İctimaiyyətə açıq ərazilərdə imtahan verilməsinə icazə verilmir. Ən vacib şərt isə texniki cəhətdən sabitliyin təmin edilməsidir. Belə ki, imtahanı mobil telefon və ya planşet vasitəsilə vermək mümkün deyil. Buna görə də imtahan ya personal kompüter ya da noutbuk vasitəsilə həyata keçirilməlidir. Kompüterin mikrofon və kamera kimi qurğularının tam işləməsindən və internetin lazımi qayadada olmasından əmin olmaq lazımdır. Bütün bunlarla yanaşı imtahan verənlərin qulaqcıqdan istifadəsi də qadağandır və mikrofon olaraq qulaqcıqlardaki mikrofondan istifadə etmək də olmaz. Kandidatın imtahan zamanı qulaq nahiyələri tam aydın görünməli və lüzumsuz aksesuarlardan istifadə edilməməlidir. Bütün bu sadalananlar imtahandan əvvəl yoxlanılır. Bundan başqa imtahan gedişatı zamanı yardımçı proqram vasitəsilə imtahan verən proqramdaki insan tərəfindən imtahan boyunca onlayn müşahidə edilir. Eyni zamanda imtahan zamanı çəkilmiş görüntülər daha sonra universitet kimi qurumlara göndərildiyindən kandidatlara səliqəli geyinmək tövsiyyə edilir.

TOEFL IBT Specaial Home Edition imtahanlarının yaxın bir neçə ay ərzində davam etməsi gözlənilir. İmtahandan qeydiyyatdan keçmək istəyən şəxslər TOEFL-ın rəsmi səhifəsinə daxil olaraq özlərinə hesab açmalı (əgər əvvəlcədən mövcud hesab yoxdursa) və daha sonra müvafiq imtahan seçimini etməlidirlər.

Qeyd edək ki, internet vasitəsilə verilmiş imtahanlar cavabların sürətli elan edilməsinə və imtahandaki opeartivliyin üst səviyyədə olmasına görə üstün tutulur. TOEFL imtahanı isə bir çox ölkələrdə universitet qəbulu üçün tələb edilən əsas imtahanla yanaşı ingilis dili biliyini təsdiq edən sertifikat kimi tələb edilir. Bu haqda ətraflı məlumat üçün digər bloqlarımızdan faydalana bilərsiniz.

Xanım Xəlilova

CELT Colleges Xətai                                             

xanim@celt.az

012-496-45-76

050-588-15-18

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next