Koronavirusa görə Azərbaycanda universitet DİSTANT təhsilə keçdi.

Bildiyiniz kimi mart ayının əvvəlindən 27 mart tarixinədək Azərbaycanda bütün təhsil müəssisələri bağlı elan edilib. Hətda Nazirlər Kabinetinin verdiyi qərara görə bu il Bakıda və bütün rayonlarda keçirilməsi planlaşdırılan Novruz Bayramı şənlikləri də təxirə salınıb.

Lakin təhsil müəssisələrinin 1 aya yaxın müddətə bağlı olması və bundan sonra hansı addımların atılacağı məlum olmadığı səbəbindən artıq Azərbaycanda bir universitet yeni bir addım atıb. Beləki, koronavirusla bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığının təmin edilməsi məqsədilə sabahdan yəni 12 mart tarixindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bütün dərslər distant formada təşkil ediləcək.

Bu barədə UNEC-in rektoru Ədalət Muradov sosial səhifəsində məlumat paylaşıb.

O qeyd edib ki, tətbiq ediləcək distant təhsil əyani təhsilin alternativi kimi düşünülüb: “Distant təhsilə qoşulmaq üçün mobil telefon interneti yetərlidir. Distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulmuş dərsləri əvəz edəcək. Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda “iştirak edir” kimi qeydiyyata alınır. Hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına malikdır. Müəllimin distant formada oxuduğu mühazirəsi avtomatik olaraq yazılacaq və hər bir tələbə həmin mühazirəni dərsdən sonra da dinləyə və görə biləcək. Dərs cədvəli və bununla bağlı ətraflı məlumat bu gün hər birinizin şəxsi kabinetinə göndəriləcək”.

Bu o deməkdir ki, UNEC-də təhsil alan tələbələr artıq istədikləri yerdən öz təhsillərini davam etdirəcəklər. Yəqin ki, bundan sonra Azərbaycanda fəaliyyət göstərən digər universitetlər də bu addımı atacaqdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronavirusa yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next