Almaniyada Təhsil
CELT Xaricdə Təhsil şöbəsi 2005-ci ildən Alman dövlət və özəl universitetlərinə qəbul aparır. Hər il yüzlərlə tələbəmiz Alman universitetlərində təhsil almağa yollanırlar. Alman dövlət universitetlərində təhsil həm ingiilis dilində həm də çox az təhsil haqqı vardır.
Hər Seçiminizdə Sizinləyik
Bir CELT Hekayəsi
Həmidə Səfərova
- CELT 28 may
- hamida@celt.az
- 012 441 36 65
Baba Karimli
- CELT Nizami
- baba.karimli@celt.az
- 012 436 86 87
Anar Qurbanzadə
- CELT İçəri şəhər
- anar@celt.az
- 012 492 68 53
Xanım Xəlilova
- CELT Nərimanov
- xanim@celt.az
- 012 566 48 23
Laçın Hüseynov
- CELT Elmlər
- elmler@celt.az
- 012 538 38 33
Bəhruz Səfərov
- CELT Sahil
- sahil@celt.az
- (012) 493 48 18
CELT Tələbləri Dünyada
Bir CELT Hekayəsi
İUBH School of Business
(qısaca olaraq İUBH) 1998-ci ildə yaradılmış Bonn şəhəri yaxınlığında yerləşən özəl universitetdir. Universitet daha çox biznes istiqamətli ixtisaslar üzrə köklənib və dərslər tamamilə ingiliscə aparılır. Universitet şəhərin mərkəzində tarixi böyük park olan St. Anno Park-da yerləşir. Universitet şəhərciyi auditoriya binaları, yataqxana binaları, kitabxana, restoranlar və qəhvəxanalardan ibarətdir.
Universitet şəhərciyi beynəlmiləl olması ilə seçilir. Dünyanın 60-a yaxın ölkəsindən gələn tələbələr burada təhsilini davam etdirir. Tələbələlər müxtəlif klub, cəmiyyət və komandalar yaradaraq ortaq maraq və hobbilərini birlikdə bölüşdürürlər. Universitetin qaçış, reqbi, tennis və tələbələrin vaxtlarını səmərəli keçirilməsi üçün növbənöv klubları da vardır.
Dərslər payız və yay aylarında başlayır.
Bu universitet ali təhsil institutu tərəfindən tanınaraq bakalavr və magistr proqramları tədris etmək hüququnu qazanmışdır. Eyni zamanda Almaniya Elm və Humanitar Konsulluğu və FİBAA (Foundation for International Business Administration Accreditation) tərəfindən də müvafiq akkreditasiya qazanmışdır.
Universitet davamlı olaraq müxtəlif reytinq cədvəllərində top səviyyədə qala bilmişdi. 2014 və 2015-ci ildə CHE University Ranking liqa cədvəlində tələbələrin yüksək nəticələrinə görə nüfuzlu təhsil müəssisəsi hesab edilir və binzes administrasiyası sahəsində Almaniyanın ən yaxşı özəl ali universiteti kimi yerini möhkəmlədə bilmişdi. Təkcə 2015-ci ildə məzunların 87 faizi məzun olduqdan sonra 3 ay ərzində işlə təmin edilə bilmişdir.
Universitetin Berlin və Bad Honnef kimi rəqabətli biznes mühitli şəhərlərdə kampusu vardır.
European University
1973-cü ildə əsası qoyulmuş European University Business School biznes sahələri üzrə ixtisaslaşmış və multikampuslu universitetidir. Dərslər balaca qruplarla və tamamilə ingiliscə aparılır. Tələbələr Şimali Amerikanın və Avropanının akademik kurrikulumundan yararlanaraq beynəlxalq mühitdə tədris keçə bilirlər. Universitet bakalavr, magistr və doktorantra üzrə bir sıra biznes proqramlarına qoşulmaq şansınız vardır. Eyni zamanda ingilis dili və akademik bilikləri zəif olan tələbələr üçün bakalavr proqramına hazırlayan bir illik hazırlıq (foundation) proqramına da qatıla bilərlər. Universitetə ildə 4 dəfə qəbul aparılır.
Universitetin İsveçrədə Cenevrə və Montreux, İspanıyanın Barselona və Almaniyanın Münhen şəhərində yerləşən kampuslarından birində dərəcə proqramlarına qoşulub dünyanın 100-dən çox ölkəsindən gələn tələbələrlə birlikdə dərslərə qatılıb beynəlxalq mühitə sahib olacaqsınız, eyni zamanda müxtəlif mədəniyyətlərlə tanışlığınız yaranacaq.
QS beynəlxalq reytinq cədvəlinə əsasən MBA tədris edən 200 Biznes Universiteti arasında 33-cü yerə layiq görülmüşdür. Capital jurnalına görə isə xanım tələbələr üçün 6-cı ən yaxşı biznes universiteti statusunu almışdır. CEO jurnalının reytinqinə əsasən online MBA proqramı dünyanın ən yaxşı MBA proqramı hesab edilir.
Jacobs University Bremen
Jacobs University Bremen Almaniyanın ən nüfuzlu özəl universitetlərindən biri sayılır və ingilis dilli tədris verməklə Şimali Amerika və Alman təhsil sisteminə əsaslanır. Almaniyanın kampusuna görə top 5 universiteti arasına girən Jacobs Universiteti ümumi reytinq cədvəlində 63-cü yerdə qərarlaşıb. Bir çox özəl təhsil müəssisindən elmi və mühəndislik sahələrində daha geniş tədqiqatlarının olmasına və bu sahələrə meylli ixtisaslara üstünlük verilməsinə görə fərqlənir.
Almaniyanın digər özəl və dövlət universitetlərində olduğu kimi burada da bakalavr təhsili 3 il davam edir. Magistratura səviyyəsində isə 1.5-2 il üçün nəzərdə tutulub. Bakalavr səviyyəsinə birbaşa qəbul olmayan tələbələr üçün 1 illik hazırlıq proqramı da təklif edilir. Qeyd edək ki universitet 11 ci sinifi bitirən tələbələrə birbaşa Bakalavra qəbul imkanını da yaradır.
Bu sadalananlara əlavə olaraq universiteti bir çox təhsil mərkəzindən fərqləndirən Tibb və Tibbi Elmlər sahələrində hazırlıq proqramının olmasıdır. Tədris ingilis dilində aparılır və bakalavr dərəcəsində olduğu kimi 11 illik tədrisini tamamlayan tələbələr Tibbi hazırlıq proqramına müraciət edə bilirlər.
Magistr dərəcəsində təklif edilən proqlamlar günümüzün tələblərinə daha çox cavab verən və axtarılan sahələrdir. Data Engineering , Supply Chain Management və Computational Engineering kimi sahələri nümunə olaraq göstərmək olar.