9 və11-ci sinif buraxılış imtahanı modelində hansı dəyişiklik var?

Doqquzuncu siniflərə aid olan jurnalda ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) Təhsil Nazirliyi ilə razılaşdırılmış yeni modeli dərc edilib.

Mərkəzdən verilən məlumata görə, 11-ci sinif buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) modelində hər hansı bir dəyişiklik nəzərdə tutulmur.

Bildirilib ki, 2021-ci il buraxılış imtahanı fənlərinin СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq həm 9-cu, həm də 11-ci siniflər üzrə tərtib edilmiş proqramları sadələşdirilib.

“2021-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək. İmtahanda şagirdlərə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənni üzrə 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunacaq”.

9 illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas (baza) hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək. Hər iki sinif üzrə ikinci yarımildə tədrisi nəzərdə tutulan mövzular üzrə olan tapşırıqlar isə aşağı siniflər (müvafiq olaraq 5-8 və 5-10-cu) həcmində hazırlanacaq.

3 thoughts on “9 və11-ci sinif buraxılış imtahanı modelində hansı dəyişiklik var?”

  1. Salam. Zehmet olmasa deyerdiniz 9 lar Rus sektorlari Azərbaycan dilindən imtahandan 50 dən az bal toplayarsa kollece daxil ola biler?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next