65 yaşlı müəllimlər təqaüdə göndəriləcəkmi?

   Artıq hər kəsə məlumdur ki, “Dövlət Qulluğu haqqında”qanuna edilən dəyişikliklər bir sıra sahələrdə olduğu kimi təhsil sahəsində çalışan müəllimlər üçün də müəyyən yaş məhdudiyyəti qoyulub. Bu məsələ illərdir müzakirə mövzusudur. Həm müvafiq dövlət qurumlarında, həm də mətbuatda bu mövzuda geniş müzakirələr aparılıb. Nəhayət, bu il qərar qəbul olundu ki, Azərbaycanın orta məktəblərində çalışan yaşı 65 çatmış müəllimlər təqaüdə göndərilsinlər. Qərar qəbul olunub,amma icrası hələ bir sıra problemlər yaradır. Bu yazıda bu mövzu ətrafında fikirlərimizi sizlərlə paylaşacağıq.

Ümumi baxış

Azərbaycan ümüumtəhsil məktəblərində 65 yaşı yuxarı olan çoxlu müəllimlər çalışır. Bu yaxınlarda Təhsil Nazirliyi ölkənin ümumtəhsil məktəblərində çalışan 65 yaşlı müəllimlərin statistik göstəricilərini açıqladı. Təhsil Nazirliyinin məlumatına görə, hazırda Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin orta məktəblərində 65 yaşı tamam olan və bu il dekabrın 31-dək 65 yaşı tamam olacaq 17 471 müəllim fəaliyyət göstərir. 65 yaşı tamam olan və ya cari ilin sonuna kimi 65 yaşı tamam olacaq təhsil işçilərinin 497-si direktor, 11 385-i direktor müavini və müəllimlərdir. Həmin kadrların 449-u digərləri kateqoriyasına aid edilən laborant, psixoloq, tərbiyəçi, kitabxana müdiri, kitabxana işçisi, uşaq birliyi rəhbəri, tibb baçısı, 5 140-ı isə texniki işçi, yəni ocaqçı, anbardar, bağban, gözətçi, aşbaz, bufetçi, sürücü, qabyuyan, usta və s.

Məlumata diqqət yetirsək deməli ümumtəhsil məktəblərində kifayət qədər 65 yaşı tamam olmuş müəllim vardır. Təhsil Nazirliyindən həmçinin bildiriblər ki, bu ümumi müəllimlərin 10%-i təşkil edir. Müvafiq qurumların bildirdiyinə qərarın icrası müəyyən müddətdə olacaq. Müəyyən bir qismi bu il, digər qismi isə gələn il təqaüdə göndəriləcək. Artıq bunula bağlı ümumtəhsil məktəblərə müvafiq göstərişlər verilib və bu sahədə müəyyən işlər görülüb.

Yeni kadrlar varmı?

Bu qərar qəbul edildikdən sonra hər kəsi bir sual düşündürür. Bu müəllimləri əvəz edəcək yeni kadr varmı?! Hal-hazırda statistikalara nəzər salsaq görərik ki, Azərbaycanda müəllimlik ixtisası üzrə təhsil alanlar öz sahələrində çalışmırlar. Yəni universitetdə müəllimlıik sahəsi üzrə təhsil alır,amma bitirdikdə artıq digər sahələrə üz tutur. Bu sahədə xüsusilə oğlanlar seçilir. Artıq ümumi nəzər yetirdikdə orta məktəblərdə kişilərə nisbətən qadın müəllimələri çoxluq təşkil edir. Bu da normal haldır. Çünki oğlanlar müəllimlik sahəsində az təhsil alırlar və yaxud da bu sahədə təhsil alanlar da bitirdikdən sonra bu sahədə çalışmırlar. Daha alternativ, yüksək əmək haqqı olan işləri seçirlər və orada çalışırlar. Bu səbəbdən də 65 yaşlı müəllimlərin təqaüdə göndərilməsi yeni kadr çatışmamazlığı yaradır.

Əjdər Ağayev: Fikrimcə, 65 yaş ömrün cavan çağıdır. Niyə bu yaşda müəllim işdən xaric olunmalıdır? Yaxşı olardı ki, müəllimlərin təqaüdə göndərilməsi 70-75 yaşdan sonra həyata keçirilsin

Bu qərara təbi hər kəs bir mənalı şəkildə münasibət göstərmədi. Narazı olanlar da oldu ,razı olanlar da. Gənclər sevindi, yaşlılar narazı aldı .Gənclər sevindi ki,artıq onlar üçün də alternativ iş yerləri açılıb. Yaşlılar narazı oldular ki, artıq işlərinə əlvida deməli olacaqlar. Hələ 65 yaşı ömrün cavanlıq çağı adlandıranlar da var. Təhsil şurasının sədri,professor Ə.Ağayev belə deyib. Onun fikrincə, müəllimlər təqaüdə 70-75 yaşlarında çıxsalar daha obyektiv olar. Əjdər müəllim 65 yaşı ömrün cavanlıq çağı hesab edirsə,görəsən 30-40 yaş dövrünü necə hesab edir?

Artıq dünya üzrə araşdırmalar göstərir ki, istənilən insan 50-55 yaşdan sonra beyində yorulmalar,zəifləmələr prosesi  gedir. Bu səbəbdən də 65 yaşılı müəllim heç vaxt normal dərs keçə bilməz. Təbii ki, istisnalar mövcuddur. Digər tərəfdən 65 yaşlı müəllimlər hamısı Sovet təhsil sistemində təhsil alan müəllimlərdir. Azərbaycan isə bu gün Avropa təhsil sistemi ilə işləməyə üstünlük verir. 65 yaşlı müəllimlər yeni metodologiyaları normal mənimsməyə bilmirlər və yaxud da buna cəhd etmirlər.

 CELT 28 May

Rəşid Behbudov küç. 56
Azərbaycan Xarici Dillər Universitetinin yanı
Tel: 012 441 3665, 012 4180867

7 thoughts on “65 yaşlı müəllimlər təqaüdə göndəriləcəkmi?”

  1. Pensiya cixib gedib pensiyasini alsin yaziq deyil bu cavanlar da yol acilsin ders de kecmirler mektebe zorla gelib gedirler bu hokumet hara baxir bilmirsen yasi tamam olub cixardin neye saxlayirsan

  2. Mən belə düşünürəm ki 65 yaşı tamam olan müəllimlər işdən çıxarılsa daha yaxşı olar. Hal-hazırda kifayət qədər savadlı,ağıllı yüksək bal toplayan müəllimlər var ki işsiz qalıblar. Cavanlara da şərait yaratmaq lazımdlr.

  3. Əgər müəllimin 65 yaşı dərs ili ərzində,dərs ilinin tamamlanmasına 3-4ay qalmış tamam olursa,onu işdən azad edirlər ya dərs ilinin sonunadək işləməlidir?
    Bir sualım da budur ki,hansı halda müəllim müqavilə ilə işləməyə davam edə bilər.65 yaşdan sonra müqavilə ilə işləmək məsələsi necə həllini tapır?
    Xahiş edirəm cavablandırardınız.

  4. Mənfiziki tərbiyə müəllimi işləyirəm və oktyabrın 25də 65yaşım olacaq.Mən ali savadlıyam və sınaq imtahanı nda 27bal toplamışam.Mən qarabağ veteranıyam.Mən bilmək istəyirəm ki qarabağda düşmənə qarşı döyüşən bir adam işləyə bilməz? Mənim ailəm böyükdür və evimdə ağır xəstəm var.Vətən uğrunda döyüşlərdə iştirak etmişəm.Bu nəzərə alınırmı?

  5. Mən musiqi məktəbində solfecio müəllimi işləyirəm.Oktyabrda 65 yaşım olacaq.Qanunla yenə işləyə bilərəm?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next