Xaricdə təhsilimi necə reallaşdırım?

Əgər sizin xaricdə təhsil planlarınız varsa, böyük ehtimal artıq harda təhsil ala biləcəyiniz barəsində düşünürsünüz. Tələbələrin əksəriyyəti 10 və 11-ci siniflərdə təhsil alarkən artıq ailələri ilə məsləhətləşib ölkə və təhsil alacağı ixtisası qərarlaşdırırlar. Bundan əvvəl yazdığımız bloglarda qeyd etmişdik ki, akademik imtahanlara nə qədər tez hazırlaşmağa başlasanız, bir o qədər sizin üçün yaxşı olar ki, universitetlərə vaxtı vaxtında müraciət edə biləsiniz.

İndi isə sizə İtaliya haqqında biraz məlumat verək. Tələbələrin əksəriyyəti təhsillərini İtaliyada almaq istəyirlər. Bunun da bir çox səbəbi var:

Məsələn,

  1. İtaliyada təhsil alacaqsınızsa Avropanın digər ölkələrinə rahatlıqla səyahət edə bilərsiniz. İtaliyanın mədəni, gəzməli yerləri yetəri qədər çoxdu və buna görə də həm universitetdə oxuyub, həm də səyahət etmək üçün gözəl bir fürsətiniz olacaqdır.

2. Təhsil haqqları nisbətən aşağıdır və təqaüd imkanları var. Maliyyə durumu nisbətən pis olan tələbələrə təqaüd ayrılır (təxmini 5000 avro civarında). İtaliyada illik təhsil haqqı təxminən 3500-6000 avro aralığında dəyişir.

  • 3. İtalyan dili öyrənməyə şansınız olacaq. Bəzi universitetlər, məsələn Bocconi Universiteti  xarici tələbələr üçün intensiv və tez zamanda italyan dili öyrənə bilməyiniz üçün dil kursları təklif edir.
  • 4. İtaliya universitetlərinin diplomlarının tanınmağında problem yaranmır və  Avropa İttifaqına daxil olan bütün ölkələrdə tanınır.
  • 5. Əgər dizayn, incəsənət oxumaq arzunuz varsa, İtaliya universitetləri bu ixtisaslar üçün əvəzolunmaz seçimdir.

Dünyanın ən qədim universitetlərindən sayılan La Sapienza İtaliyada yerləşir. Bu təhsil ocağı, həmçinin tələbələrin sayına görə Avropada ilk pillədə gedir. Digər yaxşı universitetlərdən University of Pisa, University of Milan, Polytechnic İnstitute of Milan, University of Bologna və s. qeyd edə bilərik.  Hər regionun mətbəxi əhəmiyyətli dərəcədə fərqlənir.

Bakalavr təhsili 3 il olur, magistr təhsili isə 1-2 il davam edir. Bakalavr pilləsi üzrə minimum tələb olunan İELTS balı 5.5 baldır. Magistr pilləsi üzrə minimum tələb olunan bal isə 6.5 İELTS balıdır və ortalamanızın  80+ olması məsləhətlidir.

Universitetdən təqaüd almaq şansınız da var, bu da sizin motivasiya məktubundan, əlavə sertifikatlarınız və ya  aktivlik sertifikatlarınızın mövcüdluğundan asılıdır.

Əgər siz  qəbul şərtləri , qəbul prosesi  və İtaliyada təhsil almaq haqqında düşünürsünüzsə, bizə müraciət etməklə, keyfiyyətli xidmət əldə edəcəyinizə əmin ola bilərsiniz.

Ayla Sultanova

CELT Colleges Nərimanov

narimanov@celt.az

(+994 12) 566-48 -23

(+994 50) 210-91-54

2 thoughts on “Xaricdə təhsilimi necə reallaşdırım?”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More