5-lik ALMANIYA UNIVERSITETLƏRİ

Bu gün sizə Almaniyanın 5 ƏN YAXŞI UNİVERSİTETİ haqqında danışacağam. Almaniya təhsili haqqında ötən bloqlarımızda qeyd etmişdik. Lakin bu gün sizlərə konkret olaraq Almaniyanın ilk 5-likdə dayanan universitetləri və bu universitetlərin dünya universitetləri sırasında hansı yerdə olduğu haqda mlumat verəcəyik. Bu universitetləri qeyd etməzdən ilk öncə bird aha sizə Almaniyada təhsil haqqları haqqında məlumat vermək istərdim .

Deməli, qeyd edim ki, Almaniyada təhsil 2007-ci ilədək tam pulsuz olub. Bu həm Almaniya vətəndaşlarına, həmdə xarici vətəndaşlara şamil olunurmuş. Lakin 2007-ci ildən etibarən bir sıra universitetlərdə və bir sıra sahələrdə təhsil haqqı tətbiq olunmağa başladı. Təhsil haqqı bir semestr üçün maksimum 500 avro təşkil edir. Bu qiymət universitetlərə və fakultələrə görə dəyişir. Təhsil haqqı tətbiq olunsada pulsuz təhsil almaq üçün tələbələrə şərait yadaran Almaniyada təhsilə dəstək fondları çoxdur.

Almaniyanın ölkədaxili universitetlərin sıralanmasında ilk 5-likdə bu universitetlər dayanır. (Şəkilə bax)

1-ci yer Münhen Texniki Universiteti, 2-ci yer Heidelberg Universiteti,3-cü yer Münhen Universiteti,4-cü yer Freiburg Universiteti, 5-ci yer Bonn Universiteti.

Sonuncu Bonn Universiteti haqqında onu demək istəyirəm ki, bu universitet 5 və 8-ci yerlər arasında öz nüfuzunu dəyişir ki, müxtəlif vaxtlarda və illərdə Frankfurt, Goettingen, Muenster universitetləri ilə yerini dəyişir.

Gəlin indi baxaq ki, bu qeyd ediyim Almaniyada 5 ƏN YAXŞI UNİVERSİTET dünya universitetləri sırasında necə yer alır.

Deməli 1-ci yerin sahibi olan Münhen Texniki Universiteti dünya universitetləri sırasında 50-ci yerdədir, daha sonra 2-ci yerin sahibi olan Heidelberg Universiteti 54-cü yerin sahibi, 3-cü yerdə olan Münhen Universiteti 61-ci, 4-cü yerin sahibi olan Freiburg Universiteti 100-cü və sonda 5-ci yerin sahibi olan və məktəbli dili ilə desək 5 alan universitet olan Bonn Universiteti 101 -150-ci yerlərdə qərarlaşır…

Bu nəticələrə fikir versək görərik ki, Almaniyanın bu qeyd etdiyim 5 ƏN YAXŞI universitetləri dünya universitetləri sırasında məhz 100-lükdə qərarlaşıb. Bu o deməkdir ki, doğurdan da Almaniya təhsili dünyanın qabaqcıl təhsilidir. Bundan başqa bu sıralamada məni özünə cəlb edən maraqlı bir fakt o oldu ki, bu 5-likdəki iki universitet məhz Almaniyanın Münhen şəhərində yerləşir. Münhen böyük tarixə malik şəhərdir. Amma niyə Almaniyanın paytaxında olan və yaxud digər şəhərlərində olan universitet yox, məhz Münhen universitetləri həm Almaniyaya və həm də dünyaya meydan oxuyur? J Maraqlıdır…

Bu haqda inşALLAH gələcək bloqlarımızda…

34 thoughts on “5-lik ALMANIYA UNIVERSITETLƏRİ”

    1. Salam,mən BDU nin Beynəlxalq münasibətilər və İqtisadiyyat fakültəsinin elə həmin ixtisasının 3 cü kurs tələbəsiyəm, magistraturanı Almanya’da dövlət universitetinde oxumaq istieyirem,bunun üçün mənə hansı universiteti,hansı ixtisası məsləhət görərdiz? Və bunun üçün hansı proseslərdən keçməliyem?

  1. Salam mənim universitet ortalama balım aşağıdır yəni E dir.Mən hansısa universitetə sənəd göndərə bilərəm İELTS lə.

  2. Salam. Almaniya da bakalavr təhsili almaq istəyirəm,Tərcümə fakültəsi varmı? Hansı universitetdə? Və ödənişsiz təhsil almaq üçün nə lazımdır?

  3. Salam menim bir sualim var idi. Men Almaniyada oxumaq isteyirem bakalavr tehsilini. Iqtisadiyyat uzre. Men indi buna gore burda 2 il universiteti oxumaliyam?

  4. Salam, mən Dövlət İdarəçilik Akademiyasının 2ci kurs tələbəsiyəm, Dövlət və ictimai münasibətlər ixtisasında təhsil alıram, magistr təhsili üçün Almaniyada ixtisasıma uyğun hansı Universiteti məsləhət görərdiniz?

  5. Salam, mən iqtisad universitetində təhsil alıram, 3 cü kursam. Fakültəm əmtəəşünasdır. Mənə maraqlıdır ki, magistr təhsili üçün Almaniyanın hansı universitetlərini məsləhət görərsiniz, mənim ixtisasım və ya müraciət edə biləcəyim digər hər hansı bir ixtisas üçün. Və həmçinin qəbul şərtləri nələr olacaq qısaca?

  6. Salam. Men ATU-da 3cu kursu bitirdim,eczaciliq fakultesi. Master uchun italiya ve almaniya ile maraqlaniram. Hansi göstericilerim olmalidir?

    1. Salam .Mən 11 ci sinifdə oxuyuram .IstəyirəmTechnical University of Muniche də oxuyum .Mən hansi sənədlər və necə qəbul oluna bilərəm .sizdən xoiş edirem mənə ətrafli başa salardiz. Əvəllcədən cox sag olun

  7. Salam, IT ixtisası üzrə tehsil alıram və bu il 2-ci kursam. Bilmək istəyirdim ki, bu universitetlerdə IT ixtisası üzrə pulsuz təhsil almaq üçün gərəkli olan nələrdir? Btw neçənci kursdan sonra məsləhətlidir? :’))

      1. Salam.UNEC’də iqtisadiyyat ixtisasının 1ci kurs tələbəsiyəm. Almaniyada magistr təhsili almaq istəyirəm. Hansı universitetləri məsləhət görə bilərsiniz?

  8. Salam,
    Mən bilmək istərdim ,Almaniyada psixologiya üzrə təhsil almaq üçün Azərbaycanda tibb universitetində 2 il oxumaq şərtdir?

  9. Salam.Almaniyada huquq oxumaq hansi universitetde mumkunudur birdeki oraya burdan gedib kollec oxumaq lazimdir ya bizde?Qabaqcadan Cox sag olun

  10. Salam men hal hazirda 11ci sinfde oxuyuram.Almaniyaya universtet ucun imtahan neden vermeliyem? Versem neqeder olacag illiyi? Komputer muhendisliyi isteyirem

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next