23-24 iyul tarixlərində hansı şəhər və rayonlarda imtahanlar keçiriləcəkdir? İmtahan qrafiki ilə tanış olun.

Məlumat üçün bildirək ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.

Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.

Qeyd edək ki, 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər üçün “İmtahana buraxılış vərəqəsi” qoyulsa da, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq onlar iyul ayında keçirilən buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Həmin şagirdlər buraxılış imtahanını sentyabr ayında verə bilərlər.

Dünyanın 1 nömrəli Universitetində imtahansız qəbul olmaq olmaq istərdinmi? CELT Beynəlxalq Məktəbinə bu il sentyabr ayına kimi qəbul olan hər kəs HARVARD UNİVERSİTETİNƏ imtahansız qəbul olmaq şansı əldə edir! Bu möhtəşəm şansı qaçırmayın! Elə indi bizə müraciət edin. CELT Beynəlxalq Məktəbi haqda ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.

“İmtahana buraxılış vərəqəsi” gün ərzində DİM-in saytında yerləşdiriləcək.

 23-24 iyul 2020-ci il tarixlərində:

• 9-cu və 11-ci sinif üzrə buraxılış (qəbul) imtahanları;

• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;

• Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək. 

Tarix/İmtahan*23.07.202024.07.2020
11-ci sinif cari ilin məzunları üçün
buraxılış imtahanı
Nizami (Bakı)
Nəsimi (Bakı)
Sumqayıt (II hissə)
Sabunçu (Bakı)
Səbail (Bakı)
Abşeron (II hissə)
Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə
ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, 
V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə
qəbul imtahanı
Binəqədi (Bakı)
Suraxanı (Bakı)
Qaradağ (Bakı)
Gəncə (Kəpəz)
Cəlilabad
Bərdə
Xaçmaz
Lənkəran
Yevlax
Səbail (Bakı)
Yasamal (Bakı)
Xəzər (Bakı)
Pirallahı (Bakı)
Gəncə (Nizami)
Masallı
Şəki
Siyəzən
  Azərbaycan dili (dövlət dili) imtahanı
– Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün
Binəqədi (Bakı)
Suraxanı (Bakı)
Gəncə (Kəpəz)
Yevlax
Lənkəran
Bakı (xüsusi məktəblər)*
Yasamal (Bakı)
Xəzər (Bakı)
Gəncə (Nizami)
Masallı
Azərbaycan dili (dövlət dili) imtahanı
– Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif əvvəlki illərin
məzunları üçün
 
Nizami (Bakı)
Nəsimi (Bakı)
Nərimanov (Bakı)
Sabunçu (Bakı)
Xətai (Bakı)
Sumqayıt
Bərdə
Xaçmaz
Cəlilabad
Lənkəran
Yevlax
Abşeron
Masallı
Şəki
Siyəzən
9 illik təhsil bazasında kolleclərə sənəd vermiş
cari və əvvəlki illərin məzunları üçün buraxılış (qəbul) imtahanı
 
Binəqədi
Suraxanı
Gəncə (Kəpəz)
Cəlilabad
Lənkəran
Yevlax
Bakı (xüsusi məktəblər)*
Yasamal (Bakı)
Xəzər (Bakı)
Gəncə (Nizami)
Masallı
Azərbaycan dili (dövlət dili) imtahanı
– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif cari ilin məzunları və 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün
Nizami (Bakı)
Nəsimi (Bakı)
Bakı (xüsusi məktəblər)*
Sabunçu (Bakı)
Səbail (Bakı)

Qeydlər:

– Digər şəhər və rayonlar üzrə imtahanlar ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcəkdir. 

– Həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

– İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. Belə ki, imtahan iştirakçısı “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap edə bilər. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. Diqqət! Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

– Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

– Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.

– Dövlət İmtahan Mərkəzi və Müdafiə Nazirliyinin birgə razılığına əsasən bu il C.Naxçıvanski adına Hərbi liseyə qəbul olmaq üçün sənəd verənlər ayrıca qəbul imtahanı vermirlər və onlar müsabiqədə 9-cu sinif buraxılış imtahanında topladıqları bal əsasında iştirak edəcəklər. Hərbi Liseyə qəbul olmaq istəyən və buraxılış imtahanı verməyən şəxslər şəhər və rayonların qrafikinə uyğun imtahanlarda iştirak etməlidirlər. Bakı şəhəri üzrə sənəd verənlərin imtahanı isə növbəti həftə təşkil olunacaq. 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir