20-21 avqust 2020-ci il tarixlərində:
• cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları;
Abituriyentlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
CELT Online – İngilis dilini sentyabrdan yox elə indidən öyrənməyə başla! Ətraflı məlumat üçün bizə yazın.
18 avqust saat 10-a olan məlumata əsasən 5 minə yaxın abituriyent “İmtahana buraxılış vərəqəsi”ni çap etməyib.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahan keçiriləcək yer (bina), imtahanın başlanma saatı, abituriyentin imtahan binasında olma vaxtı və s. zəruri məlumatlar göstərilir.
İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.
“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” və “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.