I, II, III, IV və V qruplar üzrə hansı YENİ İXTİSASLAR yaradılıb?

Hal-hazırda bu il ali məktəblərə qəbul olmaq istəyən abiturientlər imtahanlara xüsusi rejimlə hazırlaşırlar. Onlar karantin rejimi bir yana öz gələcək təhsilləri və imtahanalara görə çox narahatdırlar. Kimi toplayacağı balı düşünür, kimisə imtahandan sonra seçməli olduğu ixtisası…

Yəqin ki, bir çoxunuz bilir ki, 2020 -ci ilin əvvəlində Koronavirus pandemiyasından öncə Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tələbə qəbulu Qaydaları”nda dəyişiklik etmişdir. Qərara əsasən qruplar üzrə yeni ixtisaslar yaradılmışdır.

Bu ixtisaslara ilk dəfə qəbul olacaq şəxs bəlkə də elə Siz olacaqsınız. Odur ki, gəlin I, II, III, IV və V qruplar üzrə yeni yaradılmış ixtisaslarla tanış olaq.

Yeni yaradılan bu ixtisaslar üzrə gələcəkdə Avropada və Amerikada təhsil almaq istərdinizmi? CELT Xaricdə Təhsil proqramı Sizin xaricdə təhsil arzunuzu reallaşdırmaq üçün xidmətinizdədir. Ətraflı məlumat üçün bizə yazın.

I qrupa daxil edilən yeni ixtisaslar:

  • Aerokosmik mühəndislik
  • Aviasiya təhlükəsizliyi mühəndisliyi
  • Geomatika və geodeziya mühəndisliyi
  • Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
  • Kommunikasiya sistemləri mühəndisliyi
  • Mühəndis fizikası, Nəqliyyat mühəndisliyi
  • Radiotexnika və telekommunikasiya mühəndisliyi
  • Hərbi rabitə vasitələri mühəndisliyi
  • Sərhəd təhlükəsizliyi və idarəetmə.

II qrupa daxil edilən yeni ixtisaslar:

  • Beynəlxalq ticarət və logistika,
  • Mühasibat,
  • Turizm bələdçiliyi
  • Turizm işinin təşkili

III qrupa daxil edilən yeni ixtisaslar:

  • Məktəbəqədər təhsil 
  • İslamşünaslıq
  • İctimai təhlükəsizlik və idarəetmə

IV qrupa daxil edilən yeni ixtisaslar:

  • Fizioterapiya və tibbi reabilitasiya,
  • Tibb bacısı işi
  • İctimai səhiyyə
  • Tibb və Biotexnologiya

V qrupa daxil edilən yeni ixtisaslar:

  • Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
  • Vokal sənəti (sahələr üzrə)

Məlumat üçün bildirək ki,  ümumilikdə qruplar üzrə 22 yeni ixtsas yaradılıb və bəzi ixtisaslar isə ləğv edilmişdir.

45 thoughts on “I, II, III, IV və V qruplar üzrə hansı YENİ İXTİSASLAR yaradılıb?”

    1. Salam. Mən subakalavram. Kollecdən uniyə qəbul olmaq istəyirəm. İxtisas geyim mühəndisliyidir. 5 ci qrupla bağlı məlumat verərdiniz zəhmət olmasa.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir