Hal-hazırda bu il ali məktəblərə qəbul olmaq istəyən abiturientlər imtahanlara xüsusi rejimlə hazırlaşırlar. Onlar karantin rejimi bir yana öz gələcək təhsilləri və imtahanalara görə çox narahatdırlar. Kimi toplayacağı balı düşünür, kimisə imtahandan sonra seçməli olduğu ixtisası…
Yəqin ki, bir çoxunuz bilir ki, 2020 -ci ilin əvvəlində Koronavirus pandemiyasından öncə Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tələbə qəbulu Qaydaları”nda dəyişiklik etmişdir. Qərara əsasən qruplar üzrə yeni ixtisaslar yaradılmışdır.
Bu ixtisaslara ilk dəfə qəbul olacaq şəxs bəlkə də elə Siz olacaqsınız. Odur ki, gəlin I, II, III, IV və V qruplar üzrə yeni yaradılmış ixtisaslarla tanış olaq.
Yeni yaradılan bu ixtisaslar üzrə gələcəkdə Avropada və Amerikada təhsil almaq istərdinizmi? CELT Xaricdə Təhsil proqramı Sizin xaricdə təhsil arzunuzu reallaşdırmaq üçün xidmətinizdədir. Ətraflı məlumat üçün bizə yazın.
I qrupa daxil edilən yeni ixtisaslar:
- Aerokosmik mühəndislik
- Aviasiya təhlükəsizliyi mühəndisliyi
- Geomatika və geodeziya mühəndisliyi
- Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
- Kommunikasiya sistemləri mühəndisliyi
- Mühəndis fizikası, Nəqliyyat mühəndisliyi
- Radiotexnika və telekommunikasiya mühəndisliyi
- Hərbi rabitə vasitələri mühəndisliyi
- Sərhəd təhlükəsizliyi və idarəetmə.
II qrupa daxil edilən yeni ixtisaslar:
- Beynəlxalq ticarət və logistika,
- Mühasibat,
- Turizm bələdçiliyi
- Turizm işinin təşkili
III qrupa daxil edilən yeni ixtisaslar:
- Məktəbəqədər təhsil
- İslamşünaslıq
- İctimai təhlükəsizlik və idarəetmə
IV qrupa daxil edilən yeni ixtisaslar:
- Fizioterapiya və tibbi reabilitasiya,
- Tibb bacısı işi
- İctimai səhiyyə
- Tibb və Biotexnologiya
V qrupa daxil edilən yeni ixtisaslar:
- Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
- Vokal sənəti (sahələr üzrə)
Məlumat üçün bildirək ki, ümumilikdə qruplar üzrə 22 yeni ixtsas yaradılıb və bəzi ixtisaslar isə ləğv edilmişdir.
Aktrisa neçənci qrupdur? Müğənni deyəsən 5. Qrupa aiddir. Və başqa ölkədə işləmək olurmu bunları?
Bəs pisxoloq hansı qrupa aiddir diyəsən mən eşitdiyime görə 4 cür qrupdur
Bəs vəkil hansı qrupdur?
3 cü qrpa
Biznesmen hansı qrupa aiddir?
Salam loqistika neçənci qrupdadır?
Salam bəs komputer mühəndis i?
1-ci qrup
Psixoloq 4-cü qrupa aiddir
Salam. Mən subakalavram. Kollecdən uniyə qəbul olmaq istəyirəm. İxtisas geyim mühəndisliyidir. 5 ci qrupla bağlı məlumat verərdiniz zəhmət olmasa.
Bəs uşaq həkimi???
Uşaq həkimidə 4-cü qrupdur
Bəs astronom necə? Hansı qrup lazımdı astronom olmaq üçün??
Psixoloq hansi qrupa aiddi?
Bəs stomotoloq
Bəs vəkil?
3-qrup
bəs ingilis dili müəlliməsi neçəndi qurupsu men eşitdiyime göre 3 cü qurupduneçenci qurupdu
Polislik hansı qrupdadı
3
İT mütəxəssisi hansı qrupdu?
Bəs tərcüməçi peşəsi?☹️
Tərcüməçilik 3-cü qrup ixtisasıdır.
Tərcüməçilik 3cü qrupdu
Gömrükcukuk kollece 9cu sinifdən qəbul olmaq olur birde neçənci quruldu
Hüquqsunaslıq neçenci qrupdu?
Tercumeci 3