ən çox qazandıran ixtisaslar

Ən yaxşı Universitet ixtisasları

Universitet sizə bir çox elmi azadlıq təklif edir. Var olan həvəsinizi təqib edə bilər və yeni maraq sahələri kəşf edə bilərsiniz – bunların hamısı hansının həyatınızı qazanacağınız əsas ixtisas olduğunu taparkən edilə bilər.

Hansı ixtisası seçirsinizsə seçin, ən asan olanı– və ya ən yaxşı yoldaşınızın seçdiyini–seçməyin, çünki bəzi gözəl fürsətlərdən özünüzü məhrum etmiş olarsınız! Və universitet, hər şeydən əlavə, fürsətlərlə doludur.

Princeton Reviewun Ən Yaxşı 10 əsas sahəsi aşağıdakılardır. Sizi xəbərdar etmək istərdik ki, bunlar iş bazarında ən çox tələb olunan dərəcələr olmaya bilər. Daha da əhəmiyyətlisi, bunlar karyeranızı müəyyən bir yola soxmağa çalışmırlar. Hər ixtisas, müxtəlif işlərdə tətbiq oluna biləcək özünə xas məlumatlara malikdir və müəyyən bacarıqları inkişaf etdirər.

1. Müəssisə və İdarəçilik / Ticarət

Doğuşdan lider olduğunuzumu düşünürsünüz? Ulduz kimi parlayan insanların bacarığına – burada çəhrayı eynəklər yoxdur – və problem həll etmə, ədədi bacarıq və qərar vermə qabiliyyətlərinə ehtiyacınız var. Və mükəmməl ünsiyyət bacarıqlarını unutmayın! Müəssisə təhsili alarkən; mühasibat, maliyyə, marketinq, iqtisadiyyat, statistika və insan qaynaqları funksiyalarının nəzəriyyə və prinsiplərində dərin bir təməliniz yaranacaq. Burada təşəbbüskar tərzdə başlayan şirkətlərdən, multi milyon dollarlıq olanlara qədər hər növdən təşkilatın büdcə, təşkil etmə, planlaşdırma, işə alma, idarə etmə, nəzarət etmə və idarə metodları kimi dinamikası üzərinə tam bir usta olacaqsınız. Bu ana ixtisas eyni zamanda sizin; hər iş mühitində iştirak edən etnik müxtəliflikləri, etik, siyasi görüşlər və digər dinamiklər haqqında fikir sahibi olmanızı da təmin edəcək. Bütün bu rəqabətçi dadları daddığınızdan əmin olun; iş dünyası hamısını ehtiva edir, gözəldir və ticarətdir.

2. Psixologiya

Əgər bəzi insanların müəyyən hallarda niyə bəzi müəyyən davranışları sərgilədiyini araşdırmağa başlamısınızsa, o zaman psixologiya, beynimizin biologiyasını öyrənməniz üçün yaxşı bir variantdır. Psixologiya ixtisası; insan beyninin öyrənmə, şüur, zəka, motivasiya, duyğu, qavrayış, şəxsiyyət, ağıl narahatlığı kimi xüsusiyyətlərinə və fərdi xüsusiyyətlərimizin atalarımızdan irsi gəlməsi ya da böyüdüyümüz mühitdə formalaşması kimi mövzulara diqqət yetirir. Bu sahədə, psixoloqlar insan davranışlarında iştirak edən problemləri öyrətməyə, ünsiyyət qurmağa və həll etməyə çalışarlar.

3. Tibb bacısı

Tibbin mürəkkəb – və bəzi zamanlarda kədər verici – dünyasını qaldıra biləcək quruluşdakı şəfqətli şəxslər, tibb bacısı karyerası üçün son dərəcə uyğundur. Sağlamlıq problemlərini qiymətləndirmə, diaqnoz etmə və müalicə etmə təhsili alarkən, ən mürəkkəb – inkişaf edən və inkişaf etmiş texnologiyanı istifadə etmək imkanı da var. Tibb bacısı ixtisasının birinci sinif tələbələri ənənəvi elm və ictimai elmlər dərslərini alır və ikinci ilinin ikinci dövründə xəstəxana və ya digər tibb müəssisələrində klinik rotasiyalara başlayarlar. Akkreditasiya edilmiş bir tibb bacısı proqramını qurtardıqdan sonra rəsmi olaraq səlahiyyətli ola bilməniz üçün sertifikat imtahanlarına daxil olmalısınız. Və tibb bacıları üçün iş imkanları çoxlu sayda olması ilə yanaşı həm də çox müxtəlifdir; geriatriya, nevrologiya, onkologiya, doğum mütəxəssisliyi və pediatriya kimi çox müxtəlif sahələrdə işləyə bilərlər.

4. Biologiya / Bioloji Elmlər

Mikroskopik orqanizmlərdən klonlama əməliyyatlarına qədər biologiya, az qala bütün dünyanı əhatə edir. Biologiya ixtisası; insan, bitki, heyvan və bunların yaşadığı mühitləri araşdırar. İşlər hüceyrəvi səviyyədə, ekosistem səviyyəsində ya da ikisinin arasında bir yerdə ola bilər. Özünüzü sirləri ortaya çıxarmağa və ya problemləri həll etməyə çalışarkən tapa bilərsiniz, məsələn bir xəstəliyə çarə tapmaq kimi. Biologiya ixtisası məzunları, tibb məktəbində və ya genetik və biotexnologiya kimi bir sahələrdə işləyə bilər; ya da baytar, göz həkimi və ya ətraf mühit alimi ola bilərlər.

5. Müəllimlik

Səbr. Yaradıcılıq. Qərarlılıq. Səy. Şəfqət. Müəllimlik ixtisası bu xüsusiyyətlərin hamısından artıqlamasıyla ehtiva etməkdədir. Bu ixtisasda; ən asan təsirlənə biləcəkləri çağlarında gəncləri və uşaqları fokuslama qabiliyyətinə sahib, təsirli və ruhlandırıcı bir müəllim olmaq üçün lazımi bacarıqları öyrənərsiniz. Dərs təhsilinin böyük əksəriyyəti ümumi təhsil materialları olsa da, bir çox təşkilat sizdən təhsil vermək istədiyiniz müəyyən bir sinif səviyyəsi seçmək istər. Dərsləriniz bitdiyində özünüzü sinifdə şagirdlərə dərs verən bir müəllim olaraq taparsınız. Bu proqram bir semestr ilə tam bir akademik il qədər sürməkdədir.

6. İngilis dili və ədəbiyyatı

Əgər özünüzü ümumiyyətlə bir kitabın – Şekspirdən Heminqveyə, Cek Keruca – qapılmış olaraq tapırsınızsa; eyni sizin kimi İngilis bölməsində Edgar Allan Poenin “Raven”ındakı poetik ritmi, fantastik xarici hekayələr yazan Annie Dillardın möhtəşəm söz seçimini və ya Walter Abishin yazı yazmadakı eksperimental formalarını araşdıran başqalarını da tapmanız mümkün haldır. Ingilis dili proqramları ədəbiyyat, dil və yazı yazmağa yönəlmişdir. Ingilis dili ixtisası isə dünyanın hər yerindən və keçmişdən gələn fantastika, şeir və fantastikadan kənar edilən üstün işləri araşdırar. Bəşəriyyətin yaratdığı ən möcüzəvi beyinlərin və xəyal güclərinin işlərini araşdırmaq; qətiliklə kritik, romantik, yaradıcı və mənəvi bacarıqlarınızı kəskinləşdirəcəkdir. Ədəbiyyat təhsili eyni zamanda, humanitar vəziyyətlərin sabit suallarına işıq tutmağa da fayda verər. Bu təhsil, gələcəkdə hüquq, jurnalistika, nəşriyyat, yüksək bakalavr təhsilləri və az qala hər sahədə mükəmməl bir hazırlıq etməyə imkan verir.

7. İqtisadiyyat

İqtisadiyyat; fərdlər, müəssisələr, hökumətlər və cəmiyyətlərin seçimlərini; onların zamanlarını və pullarını necə xərclədiklərini və xərcləmirlərsə necə qiymətləndirdiklərini araşdıran bir sahədir. Və təxmin etdiyiniz kimi: İqtisadiyyat kritik düşünmə və riyaziyyatın həddindən artıq dozada istifadə edildiyi bir sahədir. Məhsulların və xidmətlərin istehsalı, bölüşdürülməsi və istifadəsini araşdıran bu sahə; müasir dünyanı anlamaq üçün mütləq olması lazım olan bir vasitədir. Ayrıca gələcəkdə ticarət sahəsində olduğu qədər; hüquq, ictimai siyasət və beynəlxalq işlər kimi sahələrdə yüksək bakalavr təhsili üçün də mükəmməl bir hazırlıqdır.

8. Ünsiyyət Təhsili / Şifahi Ünsiyyət və Danışıq Sənəti

Ünsiyyət ixtisası, cəld zəkalı və coşğulu şəxsiyyətlərə sahib natiqlərə xitab edər. Vaxtınızın böyük əksəriyyətini müxtəlif strukturlardakı (danışıqlar və ssenarilər kimi) təqdimatlar; natiq və yazarların söyləmək istədiklərini izah edərkən istifadə etdikləri ismarıcların arxasındakı strategiyaları dərininə araşdıraraq keçirəcəksiniz. Şifahi və sözsüz mesajları, dinləyici reaksiyalarını və fərqli danışma mühitlərindəki müxtəlif təsirləri öyrənəcəksiniz. Bu təhsil sizə müəssisə, reklam, insan qaynaqları, ictimaiyyətlə əlaqələr, hökumət, təhsil, media və ictimai xidmətlər kimi sahələrdə müvəffəqiyyətli karyera hazırlayar.

9. Siyasət Elmi və Hökumət

Davamlı olaraq aktual hadisələr və qarışıq statistik analizlər ilə məşğul olduğu üçün siyasət elmi; aktual, maraqlı və davamlı olaraq dəyişən bir quruluşa malikdir. Qısa bir ifadəylə, hökumətlərin siyasəti üzərinə yönəlmişdir. Ortaq mövzularından bəziləri arasında Amerikan hökuməti, ictimai siyasəti, xarici əlaqələr, siyasət fəlsəfəsi və müqayisəli hökumət mövzuları yer alır. Siyasət elmi; mükəmməl kritik düşünmə və ünsiyyət bacarıqları hazırlayar və daha geniş bucaqla tarixi və mədəniyyəti anlama imkanı təqdim edər. Bol miqdarda oxuma, yazma və riyaziyyat vardır. Ehtimal olunan karyeralar, vəkillikdən siyasətə və jurnalistikaya qədər olduqca geniş bir sahəyə yayılar.

10. Kompüter və İnformasiya Elmləri

Sadəcə kompüterləri (təchizatları və proqramları) deyil, eyni zamanda bu məlumatların necə tətbiq olunduğunu da öyrənəcəksiniz; məsələn texnologiyanın bir müəssisə ssenarisinə necə tətbiq oluna biləcəyi kimi. Robot texnologiyası, təbii dil tanıma proqramları, süni zəka, proqramlaşdırma dili, rəqəmli analiz və oyun texnologiyası kimi sahələrdə təhsil alacaqsınız. Problem həll etmək BBB-nin ən əsas elementidir, hansı sektorda irəliləmək istədiyiniz əhəmiyyətli deyil.

 

 

139 thoughts on “Ən yaxşı Universitet ixtisasları”

  1. Bəli riyaziyyat müllimliyi çox önəmli sahədi amma men 10 cu sinifde oxuyuram və bundan sonra universitet bitirdikden sonra hər kəs təcrübə istiyəcək.Ən azından 8 il çəkəcək.O zamanda mı bu qədər ehtiyac olacaq ingilis dilində fənn müəllimlərinə?

  2. Salam.1ci qrupda tedrisi ingilis dilinde olan riyaziyyat muellimliyi nece ixtisasdir?Yeni bitirdikden sonra harada is tapa bilerem?Emek haqqi diger muellimlerde oldugu kimidir yoxsa nece?

    1. Salam. Çoox önəmlidir. CELT-də işləyə bilərsiniz. Biz ingilis dilində fənn müəllimləri axtarırıq. İkinci beynəlxalq məktəblərdə. üçüncü digər beynəlxalq şirkətlərdə.

  3. Salam.1ci qrupda tedrisi ingilis dilinde olan riyaziyyat muellimliyi necedir?Bitirdikden sonra isi harda tapa bilerem?Ve emek haqqi diger muellimlerde oldugu kimidir ya nece?

  4. 1 ci qrupda tedrisi ingilis dilinde olan riyaziyyat necedir? Bitirdikden sonra harada is tapmaq olar? Ve emek haqqi diger muellimlerde oldugu kimidir?

  5. Ne olar mene komek edin. Informasiya tehlukesizliyi ixtisasina ehtiyac varmi? Hazirliq muellimlerime deyesiyik. Hansi qrupa hazirlasim bilmirem. Bu ixtisas sahibi olsam issiz qala bilerem

    1. Təbii var ama önəmli olan o deyil. Siz sabahdan o sualı soruşursunuz. Öncə özünüzə sual verin mən bu sahəni sevirəm mi? bu sahədə özümü görürəm ya yox. İnformasiya təhlükəsizliui sahəsi nə deməkdir nə edirlər. nəyi bilmək lazımdır. Bunları bilmək vacibdir. Texnologiyanın hər sahəsinə ehtiyac var.

      1. Beli sevirem. Texnologiyanin saheleri maragimi ehate edir. sirketlerle islemek olur bu saheni bilsek. Sirketlerle islemek de maragimdir. Amma bilmirem ki hekimlik qeder yaxsi sahedir ya yox. Cunki hekimliye de maragim var.sonradan pesman olmaqdan qorxuram.
        Size son sualim: sizce informasiya tehlukesizliyi yoxsa hekimlik?
        Narahat etdiyime gore bagislayin.

      2. Salam. Bu son suala bənzəmir hələ ilk sualda belə idi))). Siz özünüzə inanmırsınız. Siz istəyirsiniz ki biri sizə sizin eşitmək istədiyiniz desin. Siz öncə özünüzə inanın. Siz özünüzə sual verin ki mən bir ömür omur həkim olmaq istəyirəm yoxsa həkimlikdə ən yüksək zirvələrə çıxıb ən güclü həkim olmaq istəyirəm. Siz sual verin ki mən təhlükəsizlik üzrə nə qdərə yüksələ bilərəm? Gələcəkdə Prezident idarəsinin kiber təhlükəsizliyini mənə etibar edərlər mi? Mən bu etbarı qazanacaq qədər özümə inaniram mı? bunun üçün nələri bilməliyəm. Yoxsa siz kimə sual soruşsanız yarısı həkimlik daha çox valideynlər yarısı da texnologiya deyəcək. Sizinlə kim işləcəyək kim işləməyəcək yoxsa çöldə çobanlıq edəcəksiniz kimi suallar sadəcə sizin əlinizdə olan şeydir. Mən sadəcə ingilis dili müəllimliyini oxumuşam və dünyanın hər yerində texnologiya ilə ingilis dilini yan yana gətirib işləyə bilərəm. Ama ingilis dili müəllimliyini bitirib sadəcə orta məktəbdə bir ömür böyu müəllim olanlar da var. Onlar da zəif insan deyil sadəcə hədəfi odur. Mənim tək hədəfim dünyaya çıxmaq idi. Sizin həf işinizi sizin hədəfiniz bəlli edəcək. Buna nə mən nə də sizin valideynlər qərar verəcək. Mən texnologiyanın gücünün hər şeyə qadir olduğunu bilirəm ama başqası da həkimliyin. Yəni bu bizlərin yaşadığı təcrübə və hədəfdir. Sizin hədəfiniz olmadıqdan sonra nə oxusanız fərq etməz. Hər şeyə başqalarının deyil öz perspektivinizdən baxın. Mən sizə həkimlik desəm siz gedib həkim ola biləcək misiniz? Mənim deməyimlə sizin bacarıqlarınız nə artacaq nə azalacaq. Sizi siz daha yaxşı bilirsiniz. Kitabaxanaşunaslıqla həkimlik arasında qalsanız yenə fərq görünər ama bunlar hər ikisi önəmli sahədir. hansına getsəniz uduzmaq yoxdur. Əsas odur siz hansına getmək istəyirsiniz və hansını bacara biləcəksiniz. Mən normalda bu qədər şərh yazmıram. Ümid edirəm sizə faydası olacaq.

  6. Salam. Men 1ci ve 4cu qrup arasinda qalmisam. Sizce hekimlik yaxsidir, yoxsa BANM informasiya tehlukesizliyi ve ya kimya muhemdisliyi. Isteyirem ki secdiyim ixtisas her terefli yaxsi olsun. Hem menevi hem maddi

    1. Salam. Mənəvi olduğunu siz bilə biərsiniz. BU ixtisas mənəvidir kim deyə bilər ki. Bir ixtisas sizə mənəvi doğru ola bilər biri olmaya bilər. Həkimlik daha yaxşıdır

      1. Sanki sirketlerle islemek daha cox maragimi ehate edir. Amma issiz qalmaqdan qorxuram. Dovrumuzde bele insanlar var ki, maraqlarini onde tutublar ve issiz qaliblar. Sizce informasiya tehlukesizliyi ixtisasina sirketlerde ve azerbaycanda ehtiyac varmi? Melumatlari internetde axtariram. Amma etrafli melumat yoxdur. Informasiya tehlukesizliyi ixtisasini bitirenler ne is edirler?