“Əgər Afrika da İngiltərə kimi keyfiyyətli təhsil təklif etsəydi, Afrikanı seçərdim”

Xaricdə təhsil alan tələbələr və onların həyat tərzləri ilə bağlı müsahibələrimiz davam edir. Növbəti müsahibim Əkbər Əliyevdir. Görək onun təhsil aldığı İngiltərədə yaşayışı, təhsili, çətinlikləri nələrdir..

Özüm haqqımda – 1993-cı ildə dünyaya gəlmişəm. 2010-cı ildə BDU-nun Tarix fakultəsinə daxil olmuşam. 2012-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən Global UGRAD təqaüdünə layiq görülmüşəm və 2012-2013 akademik ilimi Kentukki ştatının Bereya Kollec ali təhsil müəssəsində keçirmişəm. 2013-cü ildə  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İngiltərinin Nottingem Universitetində təhsil üçün təqaüd qazanmışam.

1.Xaricdə oxumaq fikrinə necə düşdünüz?

2012-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən Global UGRAD təqaüdünə layiq görüldüm və 2012-2013 akademik ilimi Kentukki ştatının Bereya Kollec ali təhsil müəssəsində keçirdim. Oradaki təhsilim zamanı anladım ki, Bakı Dövlət Universitetindəki təhsilimin keyfiyyəti məni qanə etmir və bu səbəbdən xaricdə oxumaq fikrinə düşdüm.

2. Niyə məhz İngiltərə?

Məhz inkişaf etmiş ölkədə oxumaq mənim üçün vacib deyil, əsas təhsilin keyfiyyəti yüksək olmalıdır. Əgər Afrikada İngiltərədəki kimi keyfiyyətli ali təhsil təklif edən universitet və ya kollec olsaydı mən orada oxumağa belə razı olardım.

3. Seçdiyiniz ölkənin təhsili ilə Azərbaycan təhsili arasında nə fərqlər var?

Fikrimcə Azərbaycan və İngiltərədə simasında, ümumiyyətlə, Qərb təhsil sistemləri arasında bir neçə fərq var. İlk öncə Qərb təhsil sistemində tələbənin müəyyən dərsləri seçmək, ilk bir neçə semestr ərzində ixtisasını dəyişmək, təhsil zamanı xaricdə bir və ya iki semestr oxumaq, tətil zamanı ixtisasına uyğun olan iş yerində könüllü və ya ödəniş əsasında təcrübə keçmək (internship-lər), qismən də olsa maliyyə azadlığı əldə etmək üçün universitet və ya kollec kampusunda part-time işləyərək professional təcrübə yığmaq kimi haqqlar və imkanları və akademik maraqlarını ödəmək üçün geniş və əlçatılan informasiya bazası var. Azərbaycan tələbəsinin, Diplomatiya Akademiyasını və bir neçə özəl universitetləri çıxmaqla, sadaladığım imkanları yoxdur; hərçənd ali təhsil müəssəsində oxumaq və eyni zamanda işləmək tendensiyası tələbələrimiz arasında geniş yayılıb, amma bizim tələbə qərb tələbəsindən fərqli olaraq çox zaman təhsilini işinə qurban verir; onu da anlamaq olar – işi tələbəyə onun aldığı təhsildən fərqli olaraq gələcəyə əminlik yaradır. Yəni çox zaman tələbə universitetdəki və ya bizim abituriyentlər arasında prestiji aşağı olan kollecdəki təhsili zamanı almalı olduğu biliklər və bacarıqlarını həyatda uğur qazanmaq üçün istifadə edə biləcəyinə inanmır, bizim ölkə və, ümumiyyətlə, post-sovet ölkələri reallıqlarında ali təhsil – yəni savadlı, bilikli və müəyyən professional bacarıqlara malik olmaq – və həyat keyfiyyəti arasında böyük asılılıq görmür və bu səbəbdən təhsilinə çox zaman ixtisası ilə əlaqəli olmayan işindən fərqli olaraq az diqqət verir. Qısası, Qərb təhsil müəssəsi tələbəsinin və bizim tələbinin həyat dəyərləri arasında fərq var. Bu faktın kökündə isə barəsində danışmaq istədiyim ikinci fərq dudur. izim və Qərb təhsil müəssəsistemi arasındakı ikinci təfavüt durur. Belə ki, bizim və Qərb universitetləri və kolleclərinin fəaliyyəti arasında böyük fərqlər var. Qərb ali təhsil müəssəsinin tələbəyə daha ciddi yanaşması var. Yəni tələbənin oxumaq – vaxtı-vaxtında dərslərə girmək və ev tapşırıqlarını yerinə yetirmək, yalnız və ancaq öz intellektual məhsulunu müəllimə təqdim etmək (non-plagiarism), akademik müvəffəqiyyətini müəyyən səviyyədə saxlamaq kimi öhdəlikləri var və bunlardan birinin yerinə yetirilməməsi – yəni dərsi 3-5 dəfədən artıq dərs buraxması, dərsə hazırlıqsız gəlməsi, yazılı ev tapşırıqlarının internet və ya başqa mənbələrdən mənimsələnərək tələbə tərəfindən öz adından təqdim olunması, imtahanlarda bir dəfə olsa belə qeyri-kafi nəticə göstərməsi ali təhsil müəssəsi tərəfindən çox ağır şəkildə – hətta çox zaman xaric olunmaq həddinə çatana dək – cəzalandırıla bilər. Bunun səbəbi ondadırkı universitet və ya kollec öz prestijini yüksək saxlamaq üçün məsuliyyətsiz insanı tələbə kontingenti arasında görmək istəmir. Belə halda müəssənin bütün tələbələri təhsillərini uğurlu davam etdirərək və sona çatdıraraq müəssənin nüfuzunu stabil yüksək saxlayırlar və bu da 90 faizi özəl – yəni pullu təhsil təklif edən Qərb ali təhsil müəssələrinə yeni tələbələrin cəlb olunmasını və, nəticə etibarı ilə, müəssənin ildən ilə fəaliyyət göstərməsi üçün davamlı olaraq maliyyələşməsini təmin edir. Bizim ali təhsil müəssələrinin 90 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi isə tələbəyə yuxarıda bəhs etdiyim ciddi tələblərin irəli sürülməməsinin və həm də bu səbəbdən tələbələrin təhsilə qeyri-ciddi yanaşmasının köklərində durur, zənnimcə. Əlbəttə, Azərbaycanda da özəl və Diplomatiya Akademiyası kimi fəaliyyətləri Qərb universitetlərinə oxşayan ali təhsil müəssələri var. Üçüncü fərq isə onların və bizim müəllimlərimiz arasındadır. Amerikadakı təhsilim zamanı mənə dərs keçən hər müəllim həyatda özünü realizasiya etmiş, uğurlu, öz istədiyinə çatmış insan idi. Onlar ilhamlandırırdılar. Bizim ali təhsil müəssələrinin müəllimlərində bu xüsusiyyətləri mən heç zaman görməmişəm – onlar çox zaman ya tələbələrdən, ya həyat tələblərini ödəməyə yetməyən kiçik maaşlarından, ya özləri yazmadıqları tədris planından, yadakı hər üçündən narazıdırlar. Və belə aşağı ruh halında gənc tələbələrə dərs keçmək bizim universitet və kollec müəllimləri arasında adi hal kimi qəbul olunur.

4. Müəllimlərin xarici vətəndaşlara münasibəti necədir?

Öz ölkələrin vətəndaşlarına olduğu kimi. Təhsildə başqa ölkədən olan tələbəyə Qərb təhsil sistemində heç bir güzəşt barədə söz gedə bilməz. Amerikadakı təhsil təcrübəmə əsaslanaraq bunu deyirəm.

5. Seçdiyiniz ölkənin tələbələri ilə Azərbaycandakı tələbələrin həyat tərzləri arasinda nə kimi fərqlər var?

Yuxarıda bildirdiyim kimi, Azərbaycan tələbəsinin və Qərb, inkişaf etmiş ölkənin tələbəsin həyat dəyərləri və ümumi inanclarında fərqlər var. Bu fərqlər həyat tərzlərində var. Onlar çoxlu könüllü işlə məşğul olurlar, 17-18 yaşına çatandan sonra ailələrinin birbaşa təsirindən azad olurlar və bunun nəticəsi olaraq azadlığı ödəmək kimi məsuliyyətləri də artır, fərqli-fərqli ölkələri gəzməyi sevirlər, çoxlu maraqları var və o səbəbdən çoxu maraqlı insandır. Bizim tələbəyə sual versəniz ki, boş zamanında nə ilə məşğul olur, 90 faizi cavab verəcək ki, musiqiyə qulaq asır. Bu yenə də təhsilin keyfiyyətinin aşağı olmasında irəli gəlir.

6. Xaricdə təhsildən gözləntilərin nədir?

Çoxlu insight-lar almaq, maraqlandığım – Slavyan mədəniyyəti sahəsində biliklərimi artırmaq, analitik və kritik bacarıqları daha da inkişaf etdirmək, yeni bir dil öyrənmək, tətil zamanı dünya görüşümü artırmaq üçün Avropada səyahət etmək, yeni maraqlı insanlarla tanış olmaq.

7. Xaricdə təhsil alan bir tələbə kimi necə düşünürsən, azərbaycanlı gənclərin xaricdə təhsil almasına ehtiyac varmı? Bu Azərbaycanın gələcəyinə nə verir?

Əlbəttə, ehtiyac var. Bu ehtiyac yuxarıda söhbət apardığım bizim və Qərb təhsil sistemləri arasındakı fərqlərdən irəli gəlir. Azərbaycanın gələcəyinə bu düşüncəli, mühakiməli, öz işində professional olan insanlar verəcək. Millətimizin intellektual təbəqəsi artacaq. Bildiyiniz kimi hər cəmiyyətin inkişafında lokomotiv rol oynayan yalnız və ancaq savadlı insanlar olur.

8. Çox vaxt xaricə gedən tələbələr deyirlər ki, qayıtmaq istəmirəm. Sənin qayıtmaq fikrin var?

Əlbəttə, var. Birincisi mən xaricə kef çəkməyə, turist kimi o şəhərdən bu şəhərə, o ölkədən bu ölkəyə gəzməyə yox, oxumağa, əziyyət çəkib cəmiyyətimin inkişafına yönəlmiş planlarımın və ambisiyalarımın həyata keçirilməsi üçün mühüm olan biliklər və bacarlıqları yiyələnmək üçün gedirəm. Keyfiyyətli təhsil almaq özü ali məqsəd deyil, o təhsil zamanı əldə etdiyin ekspertiza köməyilə ilə cəmiyyətinin inkişafına tövhə vermək əsas məqsəddir. Yəni təhsil sadəcə instrumentaridir, onu əldə etdikdən sonra mən sözsüz ölkəmə qayıdacam.

9. Bəs necə düşünürsən, əcnəbi vətəndaşla ailə qurarsan?

Niyə də yox?

10. Bir ayda nə qədər xərcin çıxır?

İngiltərinin Nottingem şəhərində yaşayıb oxuyacam. Aylıq xərcim – yaşayış və qidalanma pulu daxil olaraq – 1500 evrodan artıq olmaz, zənnimcə. “Xaricdə Təhsil” Dövlət Proqramı təqaüdçüsü olduğumdan bu xərcləri öz cibimdən ödəməyəcəm.

11. Hazırda təhsil aldığınız ölkədə nə kimi çətinliklərlə qarşılaşırsınız?

Bir akademik ilimi Bereya Kollec kimi ali təhsil müəssəsində keçirdiyimə görə xarici ölkədə təhsil almaqla əlaqədər yaranan bir çox problemlə üzləmişəm və o problemləri həll edə bilmişəm. Bu səbəbdən, zənnimcə, İngiltərədəki təhsilim zamanı çətinliklərlə qarşılaşmayacam.

12. Orada yataqxanada və ya kirayə evdə qalırsan?

Yataqxanada çünki kampusun içindədir.

13. Azərbaycan yeməklərindən yeyə bilirsən? Ən çox hansı yeməklər üçün darıxırsan?

Heç biri üçün. Avropa mətbəxinin çox dadlı nümunələri var.

14. Seçdiyiniz ölkəyə getməzdən əvvəl həmin ölkənin mədəniyyəti ilə tanış idin? Azərbaycanla hansı oxsar və fərqli cəhətləri var?

Tanış deyiləm və tanış olmaq istəyim yoxdur – ora düşərəm, bir-iki il qalaram, sonra hamısını özüm görərəm. Əlbəttə oxşar və fərqli cəhətlir vardır, lakin mən indi onları Sizə bu mövzu ilə bağlı məndə dərin informasiya olmadığından sadalaya bilmərəm.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next